Icma.az
close
up
RU
Ramil Hüseynov: “Bütün uğurların təməlində dövlətin ali maraqları dayanır”

Ramil Hüseynov: “Bütün uğurların təməlində dövlətin ali maraqları dayanır”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir dövlətin varlığı və onun tarixi taleyinin formalaşması bir neçə fundamental amildən asılıdır.

Ölkənin yerləşdiyi geosiyasi məkan, coğrafi mövqeyi, təbii sərvətləri, xalqın spesifik milli-mənəvi xüsusiyyətləri və strateji siyasi idarəetmə dövlətin gələcəyini həll edən əsas sütunlardır. Azərbaycanın keçdiyi tarixi yol ata-babalarımızın uzun illər boyu üzləşdiyi bir çox çətinliklər və sınaqlarla dolu olmuşdur.

Şübhəsiz ki, bu çətinliklərin arxasında böyük geosiyasi, iqtisadi və siyasi səbəblər dayanırdı. Lakin bütün bunlara baxmayaraq, bu gün biz fəxrlə deyə bilərik ki, ölkəmiz siyasi, iqtisadi və suverenlik baxımından təhlükə yarada biləcək riskləri maksimum dərəcədə neytrallaşdırmağa və minimuma endirməyə nail olmuşdur.

İnkişafı şərtləndirən ən mühüm sahələrdən biri, şübhəsiz ki, güclü iqtisadiyyatdır. Dayanıqlı iqtisadi təməllərə malik olan dövlət həm özünün hərtərəfli tərəqqisini təmin edir, həm də vətəndaşlarının rifah səviyyəsinin yüksəlməsinə nail olur.

Bu müstəvidə zəngin təbii sərvətlərimiz, sənaye, kənd təsərrüfatı və müasir texnologiyalar mühüm rol oynayır. Bu gün Azərbaycanda texnoloji infrastruktur kifayət qədər müasirdir və ölkəmiz qlobal texnoloji inqilabın fəal tərkib hissəsi kimi bu proseslərdə inamla addımlayır. İqtisadi və texnoloji tərəqqinin davamlılığı isə birbaşa təhsilin səviyyəsindən asılıdır.

Təhsil yalnız bilik verməklə məhdudlaşmır, həm də elm və innovasiyanın inkişafını təmin edən aparıcı qüvvədir. Bu sahədə hələ tam istədiyimiz zirvəyə çatmasaq da, gələcəkdə innovativ yanaşmaların daha da güclənəcəyinə və hədəflədiyimiz yüksək nəticələrə nail olacağımıza inamımız tamdır.

Ölkəmizin əldə etdiyi bütün bu uğurların təməlində isə milli mənafelərə və dövlətin ali maraqlarına xidmət edən müdrik, uzaqgörən siyasi idarəetmə dayanır. Məhz düzgün strateji kurs və sabit siyasi şüur ölkəni dayanıqlı inkişafa çatdırmışdır.

Biz öz milli birliyimizi və yüksək vətənpərvərlik hissimizi xüsusilə 44 günlük Vətən Müharibəsi dövründə, eləcə də ondan əvvəlki və sonrakı mərhələlərdə bütün dünyaya aydın şəkildə nümayiş etdirdik. Dövlətə bağlılıq və milli dəyərlərə sədaqət həmin çətin sınaq günlərində daha da poladlaşdı.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri