Ramil qızının ad gününü belə təbrik etdi Video
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aktyor Ramil Babayev qızı Aylinin ad gününü sosial şəbəkədə paylaşdığı emosional sözlərlə təbrik edib.
Axşam.az xəbər verir ki, sənətçi 19 yaşı tamam olan qızına ünvanladığı paylaşımda onunla qürur duyduğunu bildirib.
“Əziz qızım Aylin! 19 yaşın mübarək! Sən mənim qürurum, sevincim və ən böyük uğurumsan. Həyatda qarşına hansı çətinlik çıxsa da, unutma ki, sən güclü, ağıllı və bacarıqlı bir gənc xanımsan. Özünə inan, çünki sənin bacara bilməyəcəyin heç nə yoxdur. Qoy hər zaman başını dik tutasan, arzularının ardınca cəsarətlə gedəsən və uğurların daim səninlə olsun.
Mən hər zaman sənin yanındayam. Nə çətinliyin olsa, qorxma. Çünki sən mənim qızımsan! Güclü, ağıllı, bir az da dəli… Səni çox sevirəm və hər zaman səninlə fəxr edirəm. Ad günün mübarək, qızım!” - deyə, R.Babayev paylaşımında yazıb.
Qeyd edək ki, Nigar adlı xanımla ailəli olan Ramilin 2 qız övladı var.
Baxış sayı:94
Bu xəbər 21 İyun 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















