Icma.az
close
up
RU
Ramil Səfərov haralardadır? Bu vəzifədə çalışır FOTOLAR

Ramil Səfərov haralardadır? Bu vəzifədə çalışır FOTOLAR

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Ramil Səfərov bir zamanlar Azərbaycan Ordusunun ən məşhur zabitlərindən biri idi.

O, 1977-ci il avqustun 25-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

1992-ci ilin sentyabrında Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. pizza

2002-ci ilin mart ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (hazırda Heydər Əliyev adına Hərbi İnstitut) göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 2006-cı il aprelin 13-də hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

R.Səfərov 2012-ci il avqustun 31-də Azərbaycana ekstradisiya olunub. Azərbaycan  Prezidentinin həmin gün imzaladığı sərəncamla əfv edilib.

1 sentyabr 2012-ci ildə o vaxtkı müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edərək, ona mayor rütbəsi təqdim edib.

Həmin ilin oktyabrında Ramil Səfərov ailə həyatı qurub. Hazırda bir qızı, bir oğlu var. 2017-ci ildə mayor R.Səfərova polkovnik-leytenant rütbəsi verilib.

48 yaşlı hərbçi hazırda polkovnik rübtəsi daşıyır.

Bəs R.Səfərov haralardadır?

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, R.Səfərov hazırda Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda çalışır, tədrislə məşğul olur. 

O, bir müddət əvvəl adıçəkilən universitetin “Milli Təhlükəsizlik və Hərbi Elmlər” jurnalının məsul katib təyin edilib.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 May 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri