Icma.az
close
up
RU
Ramil Səfərov yüksək posta təyinat alıb

Ramil Səfərov yüksək posta təyinat alıb

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ramil Səfərov bir zamanlar Azərbaycan Ordusunun ən məşhur zabitlərindən idi. O, 1977-ci il avqustun 25-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.
1992-ci ilin sentyabrında Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib.
2002-ci ilin mart ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (hazırda Heydər Əliyev adına Hərbi İnstitut) göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 2006-cı il aprelin 13-də hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


R.Səfərov 2012-ci il avqustun 31-də Azərbaycana ekstradisiya olunub. Azərbaycan Prezidentinin həmin gün imzaladığı sərəncamla əfv edilib. 1 sentyabr 2012-ci ildə o vaxtkı müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edərək, ona mayor rütbəsi təqdim edib.
Həmin ilin oktyabrında Ramil Səfərov ailə həyatı qurub. Hazırda bir qızı, bir oğlu var. 2017-ci ildə R.Səfərova polkovnik-leytenant rütbəsi verilib. 48 yaşlı hərbçi hazırda polkovnik rütbəsi daşıyır.
Bəs R.Səfərov haralardadır?
 

Bakıvaxtı.az "yenisabah.az"a istinadla xəbər verir ki, R.Səfərov hazırda Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda çalışır, tədrislə məşğul olur.
O, bir müddət əvvəl adıçəkilən universitetin "Milli Təhlükəsizlik və Hərbi Elmlər" jurnalının məsul katibi təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 May 2026 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri