Ramil Usubov Rusiyaya səfər edib
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, Usubov Müstəqil Dövlətlər Birliyi (MDB) üzv ölkələrinin təhlükəsizlik şuralarının katibləri ilə birlikdə Moskvadakı Aleksandr bağında yerləşən Naməlum Əsgərin məzarı yaxınlığındakı Əbədi Məşəlin önünə əklil və gül dəstələri qoyub.
Mərasimdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, onun Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarları, eləcə də Moldova və Türkmənistanın nümayəndələri, MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi iştirak ediblər.
Qeyd edək ki, bu gün Moskvada MDB üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 13-cü iclası keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















