Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Ramil Usubov Xankəndidə jurnalisti necə xilas edib?

Ramil Usubov Xankəndidə jurnalisti necə xilas edib?

Icma.az bildirir, Axar.az portalına istinadən.

Dünən – yanvarın 2-də Bakıdan və Füzulidən gələn qonaqlarımızın təkidi ilə Xankəndi şəhərinə endik.

Bu şəhərlə bağlı çoxsaylı xatirələrim var.

Birini qısaca danışmaq istəyirəm.

1991-ci ilin yayı idi. Ermənilər getdikcə quduzlaşırdı. Cəzasızlıq şəraiti “vüsət” aldıqca qudurğanlıq da həddini aşırdı.

Həmin dövrdə mən “Qarabağ” qəzetinin Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd bölgələr üzrə xüsusi müxbiri vəzifəsində işləyirdim və Xankəndinə tez-tez, bəzən hətta hər gün, yaxud da günaşırı gedirdim. Elə vaxt da olurdu ki, gecə də orada qalmalı olurdum. Hər dəfə də təhlükədən qurtula bilirdim. Bir dəfə də necə oldusa, iş yoldaşım, həmkarım Saday Kərimoğlu ilə birlikdə getdik. (Allaha şükür ki, sağdır. Çoxdan əlaqəmiz olmasa da eşitmişəm ki, ABŞ-da yaşayır. Qarabağ azad olunandan sonra qayıdıb-qayıtmadığını bilmirəm.)

Sovet dövründə Vilayət Partiya Komitəsi (B.S.Gevorkov), hadisələr başlayandan sonra isə əvvəlcə bir müddət Xüsusi İdarəetmə Komitəsi (A.İ.Volski), sonra isə Respublika Təşkilat Komitəsi (V.P.Polyaniçko) yerləşən, işğaldan sonra quldur və terror yuvasına çevrilən, işğaldan azad olunandan sonra cənab prezidentin önündə Azərbaycanın üçrəngli müqəddəs bayrağını qaldırdığı və ala-bula əsgi parçasını tapdaladığı, bu günlərdə qarşısında yarmarka və şənliklər keçirilən və mənim də bu şəkil çəkdirdiyim həmin məşhur binada işimizi qurtarıb çıxanda buraya toplaşmış quduz bir dəstənin ortasına düşdük. Çaqqal kimi ulaşan-qışqırışan gözü qızmış quldur dəstəsi bizi görən kimi mühasirəyə aldı. Həmin günə qədər o meydanda müxtəlif vaxtlarda xeyli azərbaycanlı öldürmüş, döymüş, işgəncə vermişdilər. Çox az müddət qabaq isə orada bir müstəntiqimizi bıçaqlamışdılar.

Vəziyyət olduqca ağır idi. Buradan sağ çıxa biləcəyimizə güman belə yox idi. Saday müəllimlə kürək-kürəyə verib özümüzü müdafiə etmək istəsək də, halqa getdikcə daralırdı və artıq ermənilərin əl-ayağa bizə çatırdı. Şillədən-təpikdən, hər tərəfdən yağan saysız yumruqdan üz-gözümüzü qorumağa çalışsaq da, elə bu anlardaca bədənimizin harasınasa vəhşicəsinə bıçaq yeridiləcəyini dəhşətli bir hisslə gözləyirdik. Bəli, gözləyirdik: mən hətta ətimin xırçıltısını, sümüyümün şaqqıltısını eşidirdim və bacardıqca bizə tərəf qovzanan əllərə diqqətlə baxırdım ki, bıçağı görə bilim.

Elə bu zaman...

Belə yerdə deyirlər ki, anamız namaz üstə imiş...

Bir “hərbi” rəngli “UAZ” markalı maşının sürətlə bizə tərəf gəldiyini, hətta mən deyərdim ki, şığadığını gördüm. Saday müəllimə qışqırdım ki, o da baxsın. Ancaq saniyənin mində biri müddətində maşının kimə məxsusluğunu müəyyən etmək istədim. Bəlkə elə bu da erməni maşınıdır və bizi basıb əzib keçəcək. Ona görə də dərhal qabaq şüşənin birka yapışdırılan yerinə baxdım.

Məlumat üçün qeyd edim ki, o zaman münaqişə-müharibə zonasına buraxılan maşınların ön şüşəsinə təxminən 7x10 ölçüdə qalın kağızdan birka vurulurdu. Həmin kağızın üstündə rus əlifbası ilə iri hərflərlə belə yazılırdı: “Д” (с досмотром – yəni əraziyə yoxlanmaq şərti ilə buraxıla bilər, yaxud, postlarda yoxlanılmalıdır), “БД” (без досмотра – yəni bu avtomobili heç kim yoxlaya bilməz). Maşının ön şüşəsində üzərinə “БД” – yəni “yoxlanmamalıdır” yazılmış birkanı körən kimi gözlərimə işıq gəld və Saday müəllimə qışqırdım ki, hazır ol, cəld minək maşına.

Maşının ön şüşəsində dediyim işarəni görən kimi sanki bir az da ürəklənərək cumdum ermənilərin üstünə. Ani olaraq düşündüm ki, bu “UAZ” hətta ermənilərə məxsus olsa belə, bizi öldürsələr belə qatil cəzasız qalmayacaq. Çünki rəhbər şəxsin maşınında olmağımız artıq qatilin kimliyinə bir işarə olacaq.

Bir də gördüm ki, sürücü maşını sürətlə erməni “talpa”sının üstünə sürdü. Canilər bir andaca qaçıb dağılışdılar. Sürücü əyləci basan kimi mən sol (sürücü tərəfdən), Saday Kərimoğlu isə sağ tərəfdən “UAZ”ın qapısını açaraq salona atıldıq. Sürücü maşının təkəri asfaltı cıra-cıra yerindəcə fırladaraq geriyə – üzü aşağı sürətlə getməyə başladı. Terrorçu dəstəsi ulaşa-ulaşa, qışqıra-qışqıra bir az maşının arxasınca qaçdı. Əllərinə keçəni tullasalar da heç çatmadı və rahat nəfəs almağa başladıq.

Maşına minib qapını çırpan kimi yandan sürücünün üzünə baxdım ki, görüm kimdir.

Kim olsa yaxşıdır?

Bizim Tatan.

Tatanın əsil adı Tahirdir. (Rzayev Tahir Vəli oğlu – şuşalıdır, həmin vaxt polisdə işə təzə girmişdi, Allaha şükür ki, hazırda sağdır və Bakının Biləcəri qəsəbəsində yaşayır).

Bir az toxdadım və sürücünün yanındakı qabaq yerdə oturan adama baxdım. Çiynindəki paqonlardan polis polkovniki olduğu görünürdü. Bunu da görəndən sonra tam arxayın oldum ki, artıq bizə ölüm yoxdur.

– Yoldaş polkovnik, – dedim, – sizi bizə Allah yetirdi, bir neçə saniyə gec gəlsəydiniz, burada bizim qan içində çabaladığımızı görəcəkdiniz.

Polkovnik çiyninin üstən geriyə ötəri nəzər salıb:

– Hə, – dedi – düz deyirsən, Allah yetirdi...

Tatan səsimi eşidən kimi, orta güzgüdə mənə baxa-baxa söhbətə qoşuldu:

– Boy, Kərim, sənsən?! – deyə gülməyə başladı. – Səni elə öldürsələr yaxşıdı. Axı ilin-günün bu vaxtında, vəziyyətin bu yerində sənin burada nə işin var ki, öldürməyələr də?

Sonra mənə cavab verməyə imkan verməyərək üzünü yanında oturan polkovnikə çevirdi:

– Ramil müəllim, Kərim jurnalistdir, bizim dostumuzdur, “Qarabağ” qəzetinin müxbiridir.

“Ramil müəllim” deyilən şəxs bir az da yanpörtü oturub sağ əlini mənə uzatdı:

– Polis polkovniki Ramil Usubov.

(Ramil İdris oğlu Usubov – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi. Allaha şükür ki, indi sağdır və Bakıda yaşayır.)

Sonra da Saday müəllimlə görüşdü.

Tatan tez əlavə elədi:

– Ramil müəllimi tanımırsınız? “Zamministr”di.)

– Daxili İşlər Nazirliyində idarə rəisiyəm, – Ramil müəllim gülə-gülə dedi. – Hələ “zamministr” deyiləm.

Xankəndindən Ağdam istiqamətinə çıxan yolun son ayrıcında o zaman böyük yol polisi postu var idi. Həmin postu keçəndə sağa dönən Şuşa yolunda Ramil Usubov dedi:

– Uşaqlar, istəyirsinizsə burada düşüb Şuşaya gedə bilərsiniz. Amma, bu, bir az təhlükəlidir. Mən indi Ağdama gedirəm. Ancaq gecə saat neçədə də olsa Şuşaya qayıdacam. İstəsəniz indi bizimlə Ağdama gedə, axşam da Şuşaya qayıda bilərsiniz.

– Ramil müəllim, – Saday müəllim dedi, – vaxtınız varsa, xahiş edirik, 10-15 dəqiqəlik yoldur, bizi Şuşaya atın, sonra qayıdın Ağdama. Sizin maşını yoxlamağa heç kimin ixtiyarı yoxdur, ona görə deyirəm.

– Əzizim, mən Ağdama müşavirəyə gedirəm, – Ramil Usubov cavab verdi. – Nazir müavini gəlib, Ağdamda oprerativ müşavirə olacaq. Mən ora gecikə bilmərəm. Sizi Şuşaya ancaq gecə apara bilərəm.

– Çox sağ olun, Ramil müəllim, – deyə söhbətə qoşuldum, – lap yaxşı, gedək Ağdama, orada sizi gözləyərik, müşavirədən sonra birlikdə qalxarıq Şuşaya. Bu, bizim üçün ən yaxşı variantdır. Sizin maşına daş atan da olmaz, nəinki qabağını kəsən.

Beləliklə, razılaşdıq və getdik Ağdama.

Tatan avtomobili şəhərin məşhur qonaq evinin qarşısında saxladı. Ramil Usubov düşüb getdi içəri. Biz orada onu bir neçə saat gözlədik.

Arada Saday Kərimoğlu bir neçə dəfə Tatana dedi ki, sənin “UAZ”ın “BD”di, tez bizi apar qoy Şuşaya, gəl, Ramil müəllim nə biləcək...

Axırda Tatan dözməyib jurnalist həmkarıma belə bir cavab verdi:

– Mən səni tanımıram, amma, mən ölüm incimə, Ramil Usubov çıxar görər maşını burda yoxdur, tutar sənin də ..... ....., mənim də...

Saday müəllim daha danışmadı.

Gecə yarısına, deməli həm də komendant saatının başlanmasına az qalmış Ramil Usubov müşavirədən çıxdı. İti addımlarla maşına yaxınlaşıb qabaq oturacaqda əyləşdi və “UAZ” götürüldü.

...Yolda başqa macəralar da oldu. Ancaq bunu başqa vaxt yazaram.

İndi məqsədim budur deyim ki, bir vaxtlar separatçı, terrorçu quldur dəstəsinin cəzasız qalacaqlarına arxayın olaraq çaqqal sürüsü kimi üstümüzə cumub bizi didişdirməyə çalışdığı həmin meydanda indi Azərbaycan xalqı yarmarka təşkil edib və bayram şənliyi keçirir.

33 il əvvəl polis polkovniki Ramil Usubovun şuşalı polis əməkdaşı Tahir Rzayevin idarə etdiyi “UAZ” markalı maşınla özünü yetirib bizi xilas etdiyi həmin meydanda indi mən də ailəm və qonaqlarımla birlikdə burada sevinən, şənlənən, çalıb-oynayan, deyib-gülən insanlara qoşulmuşam.

Yeri gəlmişkən bir daha 15 oktyabr 2023-cü ildə burada Azərbaycanın dövlət bayrağını qaldıran Ali Baş Komandana, 23 saatlıq antiterror əməliyyatı ilə Xankəndindəki terrorçuları məhv, təslim və həbs edən Azərbaycan Silahlı Qüvvələrinə, yaralanan, sağlamlığını itirən qazilərə və veteranlara Azad Xankəndi şəhərində xoşbəxt anlar yaşayan bir vətəndaş kimi dərindən gələn təşəkkürümü bildirirəm.

Vətəni candan əziz bilib qəhrəmancasına döyüşərək şəhid olan bütün bacı və qardaşlarımın xatirəsini isə bir daha ürəyimə sıxır, başımdan yuxarı qaldırır, ölməz ruhlarını bağrıma basır, alınlarından öpürəm!

7 iyul 1923-cü ildən 20 sentyabr 2024-cü ilədək – düz 100 il, 2 ay və 13 gün xalqımızın ürəyində böyük qara yara kimi mövcud olmuş və eyni zamanda xalqımızın qəlbində böyük sevginin ünvanı olmuş Azad Xankəndi şəhərinə və Xankəndi şəhəri azad olan Azərbaycan xalqına eşq olsun!!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Yanvar 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri