Icma.az
close
up
RU
Ramin Məmmədov: Ermənistan bir sıra beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub

Ramin Məmmədov: Ermənistan bir sıra beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində mədəni dəyərlərin qorunmasına aid bir sıra beynəlxalq konvensiyanın tələblərini kobud şəkildə pozub.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 27-də Portuqaliyanın Kaşkay şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu çərçivəsində Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfələrdən söhbət açaraq Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən həyata keçirilən bir çox mötəbər tədbirlərə evsahibliyi etdiyini xatırladıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya Dinləri Yaşıl Planet naminə” mövzusunda təşkil edilmiş Dini Liderlərin Qlobal Sammitindən bəhs edən R. Məmmədov vurğulayıb ki, keçirilən tədbir vasitəsilə dünyanın üzləşdiyi ekoloji problemlərin aradan qaldırılmasında müxtəlif konfessiyaların zəngin mənəvi potensialı, nüfuzlu dini liderlərin qlobal məsələlərin həllində mühüm rol oynamaq imkanları dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

R.Məmmədov bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdəki 2000-dən çox məscidin, 16 kilsə, 7 sinaqoqun və digər dini ibadət yerlərinin Azərbaycanın zəngin irsinin tərkib hissəsi olduğunu deyib. Bildirib ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərimizdə Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi olan qədim Alban abidələrinin tarixinin təmir-bərpa adı altında saxtalaşdırılması, 67 məsciddən 65-nin tamamilə, 2-nin qismən məhv edilərək yararsız hala salınması, 200 qəbiristanlığın darmadağın edilməsi və bu kimi digər əməlləri törətməklə mədəni dəyərlərin qorunmasına aid bir sıra beynəlxalq konvensiyanın tələblərini kobud şəkildə pozub.

Komitə sədri deyib ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dini icmalara və onların rəhbərlərinə ardıcıl olaraq maddi və mənəvi dəstək göstərərək, eləcə də işğaldan azad edilmiş ərazilərdə məscid və kilsələrin bərpasına nail olmaqla Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini nümayiş etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsi sahəsində çoxsaylı layihələr həyata keçirilir, “Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilir.

Ramin Məmmədov Azərbaycanın ümumbəşəri maraqlara uyğun olaraq qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri