Icma.az
close
up
RU
Ramin Məmmədov Safi Arpaguş ilə görüşdü

Ramin Məmmədov Safi Arpaguş ilə görüşdü

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 30-da Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinin sədri Safi Arpaguş ilə görüşüb.

Metbuat.az xəbər verir ki, örüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafı üçün güclü zəmin yaratdığı xüsusi vurğulanıb.

R.Məmmədov Safi Arpaguşu Diyanət İşləri İdarəsinin sədri vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edərək, iki qardaş ölkə arasında dini sahədə əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, adət-ənənələrimizin qorunmasına və dünyada təbliğinə mühüm prioritet kimi yanaşır. Məhz bu siyasət nəticəsində ölkəmizdə insanların etiqad azadlığı etibarlı şəkildə təmin olunur. R.Məmmədov qeyd edib ki, dini konfessiyalar arasında qarşılıqlı anlaşma və səmərəli əməkdaşlıq daha da möhkəmlənib. Dünyəvi dövlət prinsiplərinə sadiq olan Azərbaycanda dövlət-din münasibətlərinin özünəməxsus və uğurlu modeli formalaşıb. O, bu modelin dini icmaların fəaliyyətinə dövlət dəstəyinin təmin edilməsi, dini maarifçilik və təhsil sahəsində kompleks tədbirlərin, həmçinin müasir çağırışlara uyğun təşəbbüslərin səmərəli icrasında əhəmiyyətli rol oynadığını bildirib.

Safi Arpaguş Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaratdığını qeyd edib. O, dini təhsil, maarifləndirmə və kadr hazırlığı sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə multikulturalizm, tolerantlıq sahələrində layihələrin həyata keçirilməsi, dini radikalizm və ekstremizmə qarşı mübarizədə birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyə Diyanət Akademiyası arasında elmi-tədris əməkdaşlığının təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri