Icma.az
close
up
RU
Ramin Musayev: “Milyonlarla havayı pullar getdi” MÜSAHİBƏ

Ramin Musayev: “Milyonlarla havayı pullar getdi” MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi”nin büdcəsi 25 milyon manatdan çoxdur”.

Bunu Peşəkar Futbol Liqasının sabiq prezidenti və “Neftçi”nin keçmiş vitse-prezideti Ramin Musayev sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Samir Abasovun “Neftçi”nin baş məşqçi postundan istefaya göndərilməsini necə dəyərləndirirsiniz?

- Samir getməklə, nə isə dəyişəcəkmi? Kimi gətirsələr də, heç biri nəticə verməyəcək. Ona görə ki, bir klubu idarə edən bir nəfər olar. Amma əfsuslar olsun ki, “Neftçi” kimi köklü komandanı idarə edən insanların sayı çoxdur. Bu isə fikir ayrılığına səbəb olur və nəticədə heç nə əldə etmək olmur. Yaxşı olardı ki, “Neftçi”ni bir nəfərə həvalə etsinlər və ondan tələb etsinlər. Yoxsa orada 4 nəfər oturub, komandanı düşünən isə 1-2 nəfər olar, ya olmaz. Gətirib qoyduqları menecer komandaya heç nə verə bilməz. Yalnız oyunçu tapıb gətirə bilər. Amma baş məşqçiyə səlahiyyət verilməli, sonra isə nəticə tələb olunmalıdır. Yoxsa digər klublardakı kimi, rəhbər dedi “filankəsi oynat”, “filankəsi götür”, belə şeylər olmaz. Kimi gətirsən, o şərtlərin qarşısında heç nə edə bilməz.

- Klubun yaydığı rəsmi açıqlamada bütün transferlərin Samir Abasovun istəyi ilə edildiyi və ona yetərincə vaxt verildiyi bildirilir...

- İnandırıcı deyil. Mən Samirin tərəfini saxlamıram. Həmişə haqqı deməyi sevmişəm. Necə olur ki, indiyədək Samir “Sumqayıt”da, ilk dönəmində “Neftçi”də nəticə verə bildi, amma klub rəhbərliyi dəyişdikdən sonra bunu bacarmadı? Əvvəla, Samir cavandır, “yaşlanıb, əvvəlki Samir deyil” demək olmaz. Əksinə, daha da artırmalı idi. Mən günahı baş məşqçidə yox, klubu idarə edənlərdə görürəm. Yenə deyirəm: klub bir nəfərə həvalə olunmalı və nəticə bir nəfərdən tələb olunmalıdır. Qurtardı-getdi! Özüm “Neftçi”də işlədiyim vaxt Rövnəq Abdullayev klub prezidenti, mən isə vitse-prezident idim. O həm də SOCAR prezidenti olduğu üçün iş qrafiki yetərincə sıx, özü vaxtaşırı xaricdə idi. Ona görə də bütün səlahiyyətləri mənə vermişdi və məndən tələb edirdi. Yadınızdadırsa, nəticə də verirdik. Həmin vaxt büdcəmiz “Neftçi”nin indiki büdcəsindən 500 dəfə aşağı idi.

- 500 dəfə?

- Bəli! O zamanlar büdcəmiz nə idi ki?! Heç nə.

- Klubun indiki büdcəsinin 25 milyon manat olduğu deyilir. Yəni, demək istəyirsiniz ki, o vaxtlar büdcəniz cəmi 50 min manat idi?

- Üzdə 25 milyon manatdır. Amma dəqiqliklə baxanda görərik ki, 25 milyondan çoxdur. Bu qədər vəsaitin qarşılığında klub bu gün nəticə verə bilmirsə, günahı təkcə baş məşqçidə deyil. Bəs baş məşqçiyə rəhbərlik və nəzarət edən kimdir?

- “Neftçi”nin hazırkı baş icraçı direktoru Cenk Sümerdir və klubun fəaliyyəti, nəticələri ilə bağlı bütün məsələlərə rəhbərliyi də o edir...

- Türkiyənin futbolu bizdən öndədir. Bu, danılmaz faktdır. Amma güclü kadr olsaydı, Türkiyədə elə özləri istifadə edərdilər. Necə ki, bir vaxtlar Almaniyadan gəldilər, bütün qanımızı sordular, aparıb-getdilər. Onlar hansı nəticəni göstərdilər? Azərbaycan futboluna nə xeyir verdilər? Bu gün “Neftçi” belə bir geniş imkanlarla heç nə edə bilmir. Legionerlərə o qədər pul xərcləndiyi halda onlar ehtiyatda otururlarsa, kül o baş məşqçinin də, ona nəzarət edən insanın da başına! Bir futbolçunun adını çəkə bilərsinizmi ki, mən “Neftçi”də işləyəndə gəldi, oynamadı və havayı pul alıb getdi? Mümkün deyil! Hamısı oynadı, pul da qazandı, hörmət də. Ən azından, azarkeşlər onların formalarını əyinlərinə geyinirdilər.

- Həmin vaxt Peşəkar Futbol Liqasının prezidenti idiniz, Üzvü olmasanız da, AFFA İcraiyyə Komitəsinin bütün iclaslarına qatılırdınız. Orada sizin söz demək səlahiyyətiniz yox idi?

- İclaslarda da xarici mütəxəssislərin əleyhinə olduğumu demişəm. Bu gün tam varlığımla bəyan edə bilərəm ki, Azərbaycana gəlmiş əcnəbi baş məşqçilərdən “İnter”də çalışmış Anatoli Konkov və digər ukraynalı mütəxəssislərdən, bir də Kaxaber Tsxadadze və digər gürcüstanlı mütəxəssislərdən xeyir görmüşük. Vəssalam! Etiraf etməliyəm ki, onların Azərbaycan futboluna dəstəyi oldu. Kluba transfer qadağası qoyulduğu vaxt əvəzedici heyətdən yetişdirdikləri futbolçular sayəsində hətta avrokuboklara vəsiqə qazanaraq, III təsnifat mərhələsinədək irəlilədilər. Əsasnaməyə görə, İcraiyyə Komitəsinin iclasında rəsmi qaydada söz deyə bilməzdim, amma deyirdim və pis olurdum. Yadınızdadırsa, demişdim ki, Berti Foqts gəldi-gedərdir. Həmin sözümə görə məni xalq düşməni elan etmişdilər.

- Bu, çoxmənalı ifadədir. Konkret, sizə nə etdilər?

- “Ramin, yenə başlama”, “Bilirsənmi Foqts kimdir?” deyirdilər. Foqtsu az qala toxunulmaz şəxs, Allah etmişdilər. Nədir ki, onu kimsə gətirib. “Azərbaycan futbolu üçün reklamdır” söyləyirdilər. Mən o reklamı neyləyirəm ki, heç nəyə yaramır? Özü ilə də nə qədər alman gətirmişdi. Azərbaycanda Almaniya məktəbi açacaqdılar. Nə oldu bəs?

- Əksinə oldu: Almaniyada Azərbaycan məktəbi açıldı...

- Bəli, açıldı. Milyonlarla havayı pullar getdi. Onu da deyirdim. Deyirdim ki, milyonları ora verincə... Azərbaycan Kubokunun finalını Naxçıvana salmışdım. Onun üstündə nə qədər müzakirə getdi. "Yol uzaqdır, xərc gedir. Hakimlərin, komandaların yolxərci var" dedilər. "Ayırdığınız büdcə ilə edirəm. Bunu edirəm ki, Naxçıvanda da futbol olsun, orada da insanlar sevinsin" cavabını verdim. Ağdamın Quzanlı qəsəbəsinə "Qarabağ"ı ilk dəfə mən apardım. "Qarabağ" - "İnter" (hazırkı "Şamaxı" - red.) oyununda yaradılan o ab-hava pis idimi? Əksinə, orada yaşayan insanlar üçün bir bayram oldu. Amma məlumatınız yoxdur, o komandaları Quzanlıya apardığıma görə mənə nə qədər zənglər gəldi, təzyiqlər oldu. Cənab Prezident "bu, əla layihədir, sayını çox edin" dedikdən sonra mənə təşəkkür etdilər.

- Bəs Ayxan Abbasovun Azərbaycan millisinin baş məşqçi postunda saxlanılmasına münasibətiniz necədir?

- Bu, AFFA-nın tarixində ilk və yeganə gözəl qərar oldu. Yenə məni qınasalar da deyəcəyəm: Tərlan Əhmədova niyə iş vermirlər?

- Görünür, hansısa ciddi səbəb var...

- Səbəbini mən deyim: Çünki sözünü deyən adamdır, sifariş yerinə yetirmir. Tərlan Əhmədov mənim təkidim və təklifimlə “Neftçi”yə iki dəfə gətirilib və hər iki halda nəticə verib. Elə isə niyə bu gün ona iş verilmir? Çünki rəhbərlik “Filankəsi oynatmalısan, o, filankəsin adamıdır” desə, Əhmədov həmin oyunçunu meydançaya buraxmayacaq. O, öz bildiyini edir və nəticə də verir. Yaltaqlanmır, yalandan rəhbərliyi tərifləmir. Ona görə də iş vermirlər. Ən vacib səbəb də odur ki, ona Ramin Musayevin adamı deyilir. Bunu isə Elxan Məmmədov (AFFA-nın keçmiş baş katibi - red.) elan edib. Bəs Ramin kimin adamıdır? Başqa millətdəndir? Mən də bu millətin övladıyam da... 14 il PFL-də çalışdım, hansı səhv işlərimi, yanlış addımlarımı gördünüz? Həmin qoyduğum relsdir ki, davam edir, PFL o relslə gedir və gündən-günə irəliləyir.

- Maraqlı açıqlamadır, amma sizin gedişinizdən sonra PFL-də dəyişikliklər olub, şöbə, klub və liqa sayı artırılıb, yeni sponsorlar cəlb olunub...

- Azərbaycan Premyer Liqasına ilk sponsoru - “Unibank”ı biz dəvət etmişik. Lakin bizim vaxtımızda büdcəmiz yalnız maaşımız idi. Ayın sonu gələndə mən qanıqara halda gəzərdim. Çünki AFFA-nın işçiləri maaşları alıb-xərcləyiblər, amma PFL hələ maaş almayıb. Niyə? Elxan müəllimin əhval-ruhiyyəsi nə vaxt yaxşı olacaqsa, hesabımıza pul köçürər, biz də camaatın maaşını verərik. Amma bu gün PFL-də elə deyil. Çox sevinirəm ki, artıqlaması ilə büdcəsi, imkanı var, artıq müstəqil hərəkət edə, öz işini görə bilir. Biz Avropa Peşəkar Futbol Liqalarının (EPFL) üzvü olmuşduq. Rövnəq Abdullayevdən nə qədər xahiş etsəm də, Elxan Məmmədov qoymadı ki, üzvlük haqqını ödəyək. Hətta EPFL rəhbərliyi Bakıya gəlmişdi. Amma bu gün ödəyirlər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Dekabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri