Icma.az
close
up
RU
Ramin Musayev: Azərbaycan millisi artıq yoxdur, Allah rəhmət eləsin! MÜSAHİBƏ

Ramin Musayev: Azərbaycan millisi artıq yoxdur, Allah rəhmət eləsin! MÜSAHİBƏ

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Peşəkar Futbol Liqasının (PFL) 2008 - 2022-ci illərdə prezidenti olmuş Ramin Musayev bir müddətdir ölkə futboluna kənardan tamaşa edir. Yerli futbolu diqqətdə saxlayan 62 yaşlı sabiq funksioner bu barədə müzakirələrdə də fikirləri, analizləri və uzun müddət qazandığı təcrübəsindən faktları dilə gətirməklə gündəmə gəlir.

İdman.biz xəbər verir ki, Musayev bu dəfə Teleqraf-a müsahibəsində Azərbaycan klubları, milli komanda, xüsusilə "Qəbələ" Futbol Akademiyasının hazırki vəziyyəti ilə bağlı açıqlamalar verib.

- 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti aradan qalxacaq. Düşünmürsünüzmü ki, avrokuboklarda çıxış edən komandaların start heyətlərində yerli futbolçuların azalması da bununla bağlıdır?

- Buna görə baş məşqçiləri qınamağa heç kimin haqqı yoxdur. Qınanılası bir qurum var, o da AFFA-dır. Limitlə bağlı qərarı komandalar yox, milli assosiasiya verib. Klublar legioner oynatmaq imkanlarının olmadığını bilsələr, avrokubok qarşılaşmalarında da yerlilərdən yararlanarlar. Komandalar arxayındırlar ki, yerli futbolçu oynatmaq məcburiyyətləri yoxdur. Gəlin, biz klublarla yanaşı, millini də düşünək. Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!

- Millinin builki nəticələrində də geriləmə müşahidə olunmaqdadır...

- Milli haqqında nə sual verin, nə də cavab gözləyin. Ümumiyyətlə, yaxşı şey gözləməyin. Amma klublar legionerlər sayəsində yaxşı nailiyyətlər qazanırlar, qazanacaq da. Çempionatın reytinqi qalxacaq. Milli komanda isə getdi. O vaxt yığmanın keçmiş baş məşqçisi Berti Foqts haqqında "Qaranquş gəldi-gedərdir" demişdim. O sözə görə məni az qala xalq düşməni elan edirdilər. Hanı Berti Foqts? Hardadır? Neçə il milyonlarla pul aldı, getdi. Hansı futbolçumuza dayaq oldu? Boş şeylərdir. Baş məşqçi yalnız və yalnız özümüzdən olmalıdır. Yerli baş məşqçi olmalıdır ki, cavabdehlik daşısın.

- Siz kimi namizəd görürsünüz?

- Bu gün Tərlan Əhmədov kimi baş məşqçi kənarda qalıb. Niyə? Azərbaycana gələn əcnəbi baş məşqçilər ondan artıqdırlar? Xeyr! Əhmədov iki dəfə "Neftçi"yə gəlib, hər birində nəticə verib. Amma bu gün işsiz qalıb. Bu qədər insafsızlıq olar? Hara baxır AFFA? Niyə ona hansısa komandada baş məşqçi vəzifəsi vermir? Versin də... Niyə yerli mütəxəssislərimizdən istifadə olunmur? Yerli futbolçular da, yerli baş məşqçilər də kənarda qaldılar. Sonra nə olacaq? Gözləyək ki, FIFA dəyişiklik etsin, millidə də kimi istəyirlərsə oynatmağa icazə versin?! Axı, bu, mümkün deyil.

- Bəs əcnəbi baş məşqçilər Azərbaycan futboluna nə qazandıra bilərlər?

- İstər futbolda çalışdığım, istərsə də çalışmadığım vaxt olsun, həmişə əcnəbi baş məşqçilərin əleyhinə olduğumu demişəm. Onlar bizə heç nə vermirlər. Bircə Kaxaber Tsxadadzeni fərqləndirərdim. Mən ona legioner kimi baxmıram. Neçə ildir Azərbaycan futbolundadır. Hələ "İnter"də (indiki "Şamaxı" - red.) ikən də sözünü deyib. Tsxadadze istisna olmaqla, digər əcnəbi baş məşqçilərdən heç nə gözləmirəm.

- Komanda sayı artıb, amma yeni gələn komandalardan “Karvan” və “İmişli” “köçəri” həyat sürəcək. Necə düşünürsünüz, bu artımın effektivliyi olacaqmı?

- Legioner limiti aradan qalxmasaydı, bunun çox böyük faydası olacaqdı. Bu limitin olmaması fonunda 20 komandalı çempionat olsun, yenə də boş şeydir. Bir şeyə fikir verin: klublar qış mövsümünə qədər hamısı çempionluğa oynayır. Bunlar düşünmürlər ki, a kişi, çempion bir komanda olacaq. Sən Avropa Liqası və ya Konfrans Liqasında oynamağa çalış, oyunçunu fikirləş. Hansı baş məşqçi akademiya, əvəzedici heyət və ya uşaq futbolu ilə maraqlanır? Heç biri! Nə zamansa mətbuatdan eşidirlər ki, bir nəfər akademiyada yaxşı futbolçu var, onda ya köməkçini göndərir, ya özü gedib baxır. O vaxt PFL yaranarkən əvəzedici heyət işıq gördü. Yerli oyunçuların üzə çıxmasında bunun az təsiri olmadı. Bu il eşidirəm ki, komandaların çoxu bundan imtina edirlər. Niyə?! Yaxşı, çempionatda oynamasınlar, ən azından əvəzedicilərdə çıxış etsinlər. Oynamasa, ondan nə futbolçu ola bilər? Evdə, kompüter arxasında hazırlaşmalıdır? Onlar da oynamalıdırlar, yerliləri də düşünmək lazımdır.

- “Qəbələ” demişkən, akademiya fəaliyyətini məhdudlaşdırdı. Klubun idman direktoru Səbuhi Səfiyarlı belə bir açıqlama verdi ki, I Liqaya düşən zaman PFL-ə 110 min manat borcun silinməsi üçün xahiş ünvanlayıblar. Lakin buna müsbət yanaşılmayıb. Məsul qurumun sabiq prezidenti kimi fikirləriniz necədir: Sizcə, “Qəbələ”yə mərhəmət göstərilməli idi?

- Deməyim, bir az kirlilik kimi çıxar. PFL-in indiki rəhbərliyinin bütün qərarlarını alqışlayıram. Düzgün mövqe tutublar. Amma siz bu sualı yaxşı olardı ki, “Qəbələ”nin prezidenti Fariz Nəcəfova ünvanlayardınız. Həmişə demişəm, bölgələrdən olan komandalara güzəşt edilməlidir, xüsusilə də “Qəbələ”yə. Çünki “qırmızı-qaralar”da olan şərait bizim bir çox komandalarımızda yoxdur. Gəlin görək, Qəbələdə olan stadion sayı “Qarabağ”da varmı? Yoxdur. Deməli, “Qəbələ”nin infrastrukturu çox əlverişlidir.

- Hətta Azərbaycan Kubokunun 2008/2009 mövsümündə “Qarabağ” – “İnter”, 2013/2014 mövsümündə “Neftçi” – “Qəbələ”, 2015/2016 mövsümündə “Qarabağ” – “Neftçi” finalları da Qəbələ stadionda keçirilib...

- Bəli, düz 3 dəfə biz orada kubokun finalını keçirmişik. Bunun qarşılığında isə onlar bizdən bir qara qəpik almayıblar. Stadionu zəbt etmişik, məşq meydançalarından istifadə etmişik, otellərdən yararlanmışıq. Hətta otelləri minimum qiymətə endirmişdilər, yeməklərini də həmçinin. Ona görə ki, komandalara böyük xərc düşməsin. Bütün bunları nəzərə alaraq, sözsüz ki, onlara güzəşt olunmalıdır! “Qəbələ” akademiyasının dağılması da Azərbaycan futboluna böyük itki deməkdir. Bir şeyi danışacağam, bəziləri düşünə bilər, Ramin Musayev yenə özünü tərifləyir. Tərifləmirəm, gördüyüm işlərdən danışmaq lazımdır, onsuz da bilənlər bilir.

- Buyurun…

- Mən “Neftçi”də işləyərkən Ramiz Mirzəyevdən (AFFA-nın sabiq prezidenti - red.) sonra "Turan Tovuz" artıq dağılmaq üzrə idi. Həmin vaxt baş məşqçimiz olan Qurban Qurbanovun bəyənmədiyi beş-altı futbolçumuzu “Turan Tovuz”a göndərdik. Həm maaşlarını verdik, həm komandanı məhv olmağa qoymadıq, köməyimizi göstərdik. Nəyə ziyan oldu? Əksinə, Azərbaycan futboluna xeyri oldu. “Turan Tovuz” komandasının ayaqda qalmasının 40-50 faiz səbəbi həmin illər oldu. Düzdür, dəyər verənlər verir. Bölgələrdə olanda deyirlər ki, filan vaxt bu şeyi etmisiniz. Heç nə itmir. İtirmək istəyənlər var, amma tarixi silmək mümkün deyil. Bu gün “Qəbələ”yə istər PFL, istər AFFA, istərsə də imkanlı klublarımız dəstək olmalıdırlar. Çünki vaxtilə bu klub onlara dəstək göstərib, yaxşılığı itirmək olmaz. Bu gün “Qəbələ”nin sponsoru zəif ola bilər. Bəlkə də bu, bir yoxlamadır, sponsor deyir, görək, bizim əziyyətimizə qiymət verən varmı? Amma akademiyanın bağlanması Azərbaycan futboluna böyük itkidir.

- Səbuhi Səfiyarlı açıqlamasında qeyd edir ki, texniki problem səbəbindən belə hal yaşanıb. Yəni əvəzedicilərdən Elnur İbrahimov adlı Rusiya vətəndaşı olan gəncin yerli olduğunu düşünərək ehtiyatda otuzdurublar. Bu da 13-cü legioner olduğuna görə də qaydalara zidd hesab edilib...

- Desəm ki, bağışlamalıdırlar, indiki PFL rəhbərliyi düşünər ki, ancaq özünü tərifləyir. Ona görə, Ramin Musayevin belə halda nə edəcəyini Fariz Nəcəfovdan soruşun. O, daha düzgün və daha inandırıcı cavab verər. Sözsüz ki, güzəşt olunmalıdır.

- Siz güzəşt etmisinizmi?

- Bəli, etmişəm və danmıram da. “Qəbələ”yə də, zəif vaxtında “İnter”ə də, “Keşlə”nin sponsoru zəifləyən zamanlar ora da dəstək göstərmişəm. “Araz-Naxçıvan”a da kömək etmişəm, peşman da deyiləm.

- Onlara nə cür dəstək olmusunuz?

- Çəkinmədən deyirəm, “Araz-Naxçıvan”ın yaranmasında ən böyük zəhmət mənim olub. Həmin illərdə AFFA ilə mən böyük mübarizə apardıqdan sonra “Araz-Naxçıvan” bərpa olundu. Ona görə ki, Naxçıvana gedən xərcləri AFFA qarşılamalı idi, onu da istəmirdilər. Başqa xərclərin çıxmasını istəmirdilər. Axırda dedim: “Ay Rövnəq müəllim (Abdullayev - red.), bu komanda mənim deyil, bu, bölgə komandasıdır. Qoy, orada yaşayan həmyerlilərimiz görsünlər ki, onları unutmamışıq. Amma Rövnəq müəllimə elə izah edirdilər ki, bu komanda heç kimə lazım deyil. Guya Naxçıvana gedib-gəlməyə 50-60 min xərc çıxacaq. Niyə elə çıxır ki?! İnanın, o qədər məbləğ olmayacaq. Doğrudan da dediyim kimi oldu və komanda yaşadı. Həmin vaxt gənclər və idman naziri olan Azad Cabbarovdan da soruşa bilərsiniz. Nəyi pis oldu ki, komanda qaldı, bu gün uğurlar qazanır, gözəl oyun nümayiş etdirir. Ona görə komandalarda maddi çətinlik olanda dəstək göstərmək lazımdır. “Qəbələ” də istəmədən texniki səhv edib, futbolçunun legioner olduğunu başa düşməyib, nə etmək olar ki? Nə bilim, hər kəsin öz iş prinsipi var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 İyul 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri