Icma.az
close
up
RU
Ramiz Mehdiyev bütün suallara cavab verməli olacaq Abutalıb Səmədov yazır...

Ramiz Mehdiyev bütün suallara cavab verməli olacaq Abutalıb Səmədov yazır...

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son aylar Azərbaycanda ən çox haqqında danışılan, ancaq layiq olduğu qiyməti almayan bir məktub var. 

Dünya hüquq elminə, dövlət hüquq nəzəriyyəsinə “böyük töhfə” sayılmalı olan, ancaq nədənsə, “haqqı danılan” bir məktub. Söhbət Ramiz Mehdiyevin avtoritarizmə qarşı “mübarizə aparmaq” arzusunu dilə gətirdiyi və nədənsə avtoritarizmin dayağı olan Rusiyaya, onun paytaxtı Moskva şəhərində yerləşən  müəyyən orqanlara ünvanladığı məktubdan gedir. 

Azərbaycanda idarəçilik formasını dəyişməyi, prezidentli respublika üsul-idarəsindən imtina etməyi zəruri saydığını deyən “akademik”, dünyada bənzəri olmayan, idarəşilik forması təklif edir.

Ancaq nədənsə təvazökarlıq edib təklifinin yenilik olduğunu dilə gətirmir, “kəşf etdiyi” modeli dünyada bir çox ölkələrdə mövcud olan və qətiyyən onun təsvir etdiyinə bənzəməyən parlamentli respublika üsul-idarəsi adlandırır.

Bu yerdə özünə “strateji” vəzifə yaratmağı da unutmayıb bu “parlamentli respublikaya” dünyada analoqu olmayan bir Dövlət Şurası “calaq” eləyir və mümkün olan bütün səlahiyyətləri ona verir.

Unudur, yaxud, bilmir ki, parlamentli respublikalarda əsas güc parlamentə və hökumətə məxsus olur.Dövlət başçısı daha çox təmsilçilik funksiyasını yerinə yetirir və ciddi səlahiyyətlərə malik olmur.

Ancaq ən maraqlı məsələ Dövlət Şurasının tərkibi ilə bağlıdır. Dövlət Şurası xalq tərəfindən 7 il müddətinə seçilməli, 50 nəfərdən ibarət olmalıdır-deyir və kimlərin seçilə biləcəyini xalqın öhdəsinə buraxmayıb, bir-bir sadalayır.

Avtoritarizmlə mübarizəni həyatının son hissəsinin əsas məqsədi sayan “böyük demokrat”bununla da kifayətlənməyib “demokratik qaydada” “seçiləcək” 50 nəfərin siyahısını da hazırlayıb göndərir Moskvaya.

Necə deyərlər, ən çox sevdiyi işi görmək istəyindən özünü saxlaya bilmir, hazırladığı “möhtəşəm” siyahılara yəqin ki, tarixə “sonuncu siyahı” kimi düşəcək birini  də əlavə edir.  Birinci sıraya zərrə qədər tərəddüd etmədən özünün dediyi kimi  “cib”yaxud, “avtobus” müxalifəti olmayan ruh doğmasını- “təmiz” müxalifətçi Əli Kərimlini yazır.

Bununla da adının həmin “şanlı siyahıya” salındığından xəbəri olan və bəlkə də olmayan 50 nəfəri “zibilə salır”.Cəmiyyətimizi narahat edən çoxsaylı sualların cavabını istintaqı aparan qurum və şəxslər yəqin ki, mümkün qədər qısa müddətdə verəcəklər.

Bu prosesdə şübhəsiz ki, ən çox sual Ramiz Mehdiyevə yönəldiləcək və “akademik” onlara cavab vermək məcburiyyətində qalacaq. Bu məqamda insanları çox düşündürən bir sualı da biz ünvanlamaq istəyirik.

Avtoritarizmə qarşı mübarizə aparmaq, demokratiya naminə çalışmaq istədiyinizi deyirsiniz.

Olsun.Quracağınız hakimiyyətin başında demokratik seçkilər nəticəsində 7 il müddətinə seçiləcək Dövlət Şurasının duracağını iddia edirsiniz.Deyək ki, canımızı dişimizə tutub özümüzü inanan kimi göstərdik və bunu da qəbul etdik.

Bu fədakarlığımızın qarşılığı olaraq bizə bir məsələni izah edin- Dövlət Şurasına demokratik seçkilər keçirəcəyinizi demək nədir,əvvəlcədən “seçilənlərin” siyahısını hazırlamaq nə?

Türkiyədəki qardaşlarımız demişkən: Bu nə pəhriz, bu nə lahana(kələm) turşusu? 

Sonda bizim bəzi siyasətçilərimizin müsahibələr zamanı üç cümlədən bir özlərinə heyranlıqla verdikləri sualı səsləndirib, müraciətimi yekunlaşdırmaq istəyirəm.
Fikrim çatdıra bildim?

Abutalıb Səmədov
“Alyans” SAM-ın sədri

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri