Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Rumıniyaya səfəri çərçivəsində bu ölkənin Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyasının (ANEVAR) ofisində görüş keçirib.
AQC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə təşkilatın prezidenti İoan Berku və digər şəxslər iştirak edib.
Görüşdə AQC və ANEVAR-ın fəaliyyəti, təşkilatların inkişaf istiqamətləri, beynəlxalq əlaqələr və Azərbaycanla Rumıniyanın qiymətləndiricilərinin birgə həyata keçirə biləcəyi layihələr müzakirə olunub. Tərəflər iki ölkənin peşəkar təşkilatları arasında əlaqələrin genişləndirilməsi, qiymətləndirmə sahəsində təcrübə mübadiləsi və Azərbaycan qiymətləndiricilərinin Avropa qiymətləndirmə məkanına inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə peşəkar əlaqələrin möhkəmləndirilməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına və qarşılıqlı əməkdaşlığın konkret nəticələr verməsinə xüsusi diqqət yetirilib. AQC İdarə Heyətinin sədri çıxışında Azərbaycan və Rumıniya qiymətləndiriciləri arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, hər iki təşkilatın idarəetmə quruluşu, fəaliyyət mexanizmləri və peşəkar inkişaf istiqamətləri üzrə əməkdaşlığın qarşılıqlı fayda verəcəyini bildirib.
Görüşün əsas məsələlərindən biri 2028-ci ildə Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupunun (TEGoVA) toplantısının Bakıda keçirilməsi təşəbbüsü olub. Tərəflər oktyabrın 21-25-də keçiriləcək TEGoVA toplantısında Rumıniya tərəfinin bu təşəbbüsü dəstəkləməsi ilə bağlı mövqelərini razılaşdırıblar.
ANEVAR rəhbərliyi, həmçinin AQC rəhbərliyini 2027-ci ildə Rumıniya təşkilatının 35 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edib.
Görüşdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə ANEVAR arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi AQC adından İdarə Heyətinin sədri Vüqar Oruc, Rumıniya tərəfdən isə ANEVAR prezidenti İoan Berku imzalayıb. Memorandum qiymətləndirmə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsini, peşəkar əlaqələrin möhkəmləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və beynəlxalq əməkdaşlığın inkişafını nəzərdə tutur.
Görüş zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin TEGoVA-ya üzvlüyə qəbul olunması münasibətilə AQC rəhbərliyi təbrik edilib. Qeyd olunub ki, bu üzvlük Azərbaycan qiymətləndiricilərinin Avropadakı həmkarları ilə əlaqələrinin genişlənməsi, beynəlxalq təcrübədən daha geniş yararlanması və peşəkar standartların inkişafı üçün yeni imkanlar açır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:291
Bu xəbər 15 Oktyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















