Icma.az
close
up
RU
Ramiz Mehdiyev hansı evdə dustaq olacaq? Başqa evə getsə, həbs... VƏKİL

Ramiz Mehdiyev hansı evdə dustaq olacaq? Başqa evə getsə, həbs... VƏKİL

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, Bakı şəhəri Səbail rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barəsində cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən, xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.

Bu qərardan sonra ictimaiyyətdə bir sıra suallar yaranıb. Belə ki, əgər məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilibsə və həmin şəxsə məxsus bir neçə mənzil varsa, o, yalnız məhkəmənin müəyyən etdiyi ünvanda qalmalıdır, yoxsa digər evlərə də keçid edə bilər? Bundan əlavə, ev dustaqlığı qətimkan tədbirinin yerinə yetirilməsi ilə bağlı hansı hüquqi tələblər mövcuddur?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bir qayda olaraq, ev dustaqlığına məhkum edilən şəxsin qeydiyyatda olduğu ünvan əsas götürülür:

“Əlbəttə ki, həmin şəxsin bir neçə mənzili ola bilər, amma qeydiyyat ünvanı bir olur. Ev dustaqlığı qətimkan tədbirinin icrası zamanı adətən həmin ünvanda ona elektron qolbaq (braslet) taxılır. Yəni heç kim onun evinin qarşısında dayanmır və daim nəzarət etmir. Elektron qolbaq vasitəsilə həmin şəxsin hərəkəti izlənilir və bu yolla onun evdən çıxmadığına əmin olurlar. Əgər o, bu qaydaları pozarsa, məhkəmə tərəfindən daha ciddi qətimkan tədbiri seçilə bilər, cümlədən də həbs edilə bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri