Icma.az
close
up
RU
Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq?

Ramiz Mehdiyev dindirildi: Başqa kimlər ifşa olunacaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılan cinayət işi üzrə növbəti dəfə təqsirləndirilən şəxs qismində ifadə verib. 

Bu, onun ittiham olunandan sonra ilk ictimailəşən dindirilməsi kimi diqqət çəkib. Yerli mətbuatın məlumata görə, bu dəfə dindirmə Ramiz Mehdiyevin yaşadığı evində aparılıb. Buna səbəb onun səhhətində yaranmış problemlər olub. Məlumatda bildirilir ki, istintaq zamanı Ramiz Mehdiyevə AXCP sədri Əli Kərimli və baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı suallar ünvanlanıb. 

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. 

Görünən odur ki, istintaqın gedişində başqa şəxslərin də əməlləri ifşa oluna bilər. 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, digər şəxslər də istintaqa cəlb olunacaq: 

“Faktiki olaraq, Əli Kərimli və Abbas Abbasovun Ramiz Mehdiyevlə sıx bağları olması barədə kifayət qədər məlumatlar var. Bununla bağlı Ramiz Mehdiyevə də suallar ünvanlandı. Ancaq bunların sonuncu olmadığını deyə bilərəm. İstintaq prosesində başqalarının da əməlləri üzə çıxacaq”. 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə açıqlamasında qeyd edib ki, keçmiş və indiki deputatların da arasında Ramiz Mehdiyevə çalışmış şəxslər ola bilər: 

“Əslində, “Ramiz Mehdiyev işi” ictimaiyyətin kifayət qədər diqqət mərkəzində olan məsələdir. İnsanlar daha kimlərin istintaq prosesinə cəlb olunacağını gözləyirlər. Çünki ortada vətənə xəyanət və dövlət çevrilişi kimi böyük ittihamlar var. 

Əlbəttə ki, Ramiz Mehdiyev bu işləri təkbaşına edə bilməz. Bu səbəbdən onunla çalışan şəxslər də istintaqa cəlb olunmalıdırlar. Hesab edirəm ki, istintaq prosesində keçmiş və indiki deputatlar arasında da Ramiz Mehdiyevə çalışmış şəxslərin əməlləri ifşa olunacaq. 

Ramiz Mehdiyev uzun müddət onları istintaqdan gizlədə bilməz və kimlərinsə adlarını çəkməlidir. O, mütləq şəkildə kimlərlə işlədiyini açıqlamalıdır. Məncə, yaxın zamanda bu prosesə siyasi partiya nümayəndələri, deputatlar, icra başçıları, komitə sədrləri və hətta nazirlər də cəlb oluna bilər”.

“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov da saytımıza açıqlamasında söyləyib ki, ölkədə çox genişmiqyaslı cinayət hadisəsi baş verib: 

“Dövlətə xəyanət Cinayət Məcəlləsinin ən ağır maddəsidir. Belə bir ağır maddə ilə kiməsə ittiham olunması onun arxasında geniş bir qruplaşmanın olduğunu deməyə əsas verir. Ona görə də hesab edirəm ki, başqa şəxslərin adını istintaq üzə çıxaracaq. Dövlət çevrilişi və hakimiyyəti zorla ələ keçirmək təkbaşına ola bilməz. Yəqin ki, Ramiz Mehdiyev özünə arxayın olduğu üçün bu fikrə düşüb. Həmin qruplaşmaların fəaliyyəti ifşa olunacaq. 

Hətta ola bilər ki, Ramiz Mehdiyevə çalışanların bir-birindən xəbəri olmayıb, amma vahid mərkəzdən idarə olunublar. Yəni bu məsələ olduqca ciddidir. Qarşıdakı dövrdə başqa şəxslərin də istintaqa cəlb olunmasına şahid ola bilərik. Ümumiyyətlə, vətəninə, dövlətinə qarşı çıxan hər kəs sərt şəkildə cəzalandırılmalıdır”.

Elmir
“Cebheinfo.az”

Açar sözlər: Ramiz Mehdiyev istintaq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see480

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see351

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see351

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see332

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see327

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see327

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see303

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see300

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see300

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see293

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see287

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see286

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see275

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see275

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see267

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see245

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see244

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see231

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see217

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri