Icma.az
close
up
RU
Menu

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

Sumqayıt qatarı qəza törədib, ölən var

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

Onlardan söz qoparmaq qeyri mümkündür

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Ramiz Mehdiyev işi: neçə nəfər həbsdədir? ADLAR

Ramiz Mehdiyev işi: neçə nəfər həbsdədir? ADLAR

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatı, Səbail Rayon Məhkəməsinin qərarı ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilən Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti 2026-cı il fevralın 13-də başa çatacaq.
Oktyabrın 31-də Baş Prokurorluğun təqdimatı, Səbail Rayon Məhkəməsinin qərarı ilə “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Vüqar Məmmədov bundan iki gün əvvəl DTX-nin keçirdiyi əməliyyatla tutulub, ona görə həbs qətimkan tədbirinin müddəti oktyabrın 29-dan hesablanır və 2026-cı il fevralın 13-də başa çatacaq.
Vüqar Məmmədov Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilir.
Dekabrın 1-də DTX-nin təqdimatı, Səbail Rayon Məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs noyabrın 29-da DTX-nin keçirdiyi əməliyyatla tutulub. Həbs qətimkan tədbirinin müddəti həmin tarixdən hesablandığına görə 2026-cı il fevralın 13-də başa çatacaq.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə təqsirləndirilirlər.
Medianews.az bildirir ki, istər Ramiz Mehdiyevin özünə qarşı başlanan cinayət işi və seçilən ev dustaqlığı tədbiri, istərsə də digər işlər, həbslər haqqında rəsmi açıqlama verilməyib. Lakin mediada yayılan xəbərlərdə Vüqar Məmmədov, Əli Kərimli və Məmməd İbrahimin həbsinin Ramiz Mehdiyev işi ilə əlaqəli olduğu vurğulanıb.
Hələlik rəsmən bəyan olunmasa da, Vüqar Məmmədov, Əli Kərimli və Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirləri ilə Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı tədbirinin eyni gündə başa çatması həbslərin eyni cinayət işinin istintaqı çərçivəsində aparıldığını təsdiqləyən arqument kimi götürülə bilər. Hər üç şəxsin DTX-nin əməliyyatı ilə tutulmasını, bu qurumun istintaq təcridxanasında saxlanmasını da arqumentlərə əlavə etmək mümkündür.
Digər arqumentlər də var. Yaxınlarının yaydığı məlumata görə, Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilərkən Baş Prokurorluğun məhkəməyə göndərdiyi təqdimatda məsələnin Ramiz Mehdiyev işi ilə əlaqəli olduğu göstərilibmiş.
Əli Kərimli və Məmməd İbrahimə yaxın şəxslərin (onlardan bəzisi DXT-də şahid qismində dindirilib) verdiyi açıqlamalarda da həbslərin Ramiz Mehdiyev işi ilə bağlı olduğu deyilib.
Mediada Milli Elmlər Akademiyası katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun da Ramiz Mehdiyev işinə görə tutulduğu qeyd edilib. Eldar Əmirovun tutulması xəbəri mətbuatda noyabrın 3-də dərc olunub. Xəbərdə onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirləndirildiyi, hansı istintaq orqanının təqdimatı ilə tutulduğu göstərilməyib, yalnız Səbail Rayon Məhkəməsinin 4 ay müddətinə həbs qətimkan tədbiri seçdiyi vurğulanıb. Eldar Əmirovun konkret nə vaxt tutulduğu, məhkəmə qərarının xəbər yayılan gün, yoxsa daha əvvəl çıxarıldığı bəlli deyil. Bu səbəbdən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin 2026-cı ilin hansı günü başa çatdığını müəyyənləşdirmək olmur. Eldar Əmirovun hazırda hansı təcridxanada saxlandığı haqda da bilgi yoxdur.
Beləliklə, mediaya çıxan xəbərlərə əsaslansaq, ümumilikdə 4 nəfərin (Vüqar Məmmədov, Əli Kərimli, Məmməd İbrahim, Eldar Əmirov) Ramiz Mehdiyev işinə görə həbs olunduğunu söyləmək, açıq mənbələrdən üç həbsin məhz bu işlə əlaqəsini təsdiqləyən arqumentlər gətirmək mümkündür.
Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
182-ci maddə hədə-qorxu ilə tələb etmə haqqındadır. Bu maddənin 2.4-cü bəndinə, yəni 182.2.4-cü maddəyə əsasən, xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Dekabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see281

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see230

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see202

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see200

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see200

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see197

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see193

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see190

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see189

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see187

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see175

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see168

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see167

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see160

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see152

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see152

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see151

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see149

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see148

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri