Icma.az
close
up
RU
Ramiz Mehdiyev bu cinayətləri tək törətməyib! Adlar AÇIQLANDI

Ramiz Mehdiyev bu cinayətləri tək törətməyib! Adlar AÇIQLANDI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev həbs olunub.

Onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Məsələ ilə bağlı Modern.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyir ki, o, hələ 2010-cü ildən – Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxtdan bu məsələlərlə bağlı mediada yazır.

"Həmin dövrdə “Xural” qəzetində 1 səhifə yarım Ramiz Mehdiyevin oğlunun Moskvada İlham Əliyevin ünvanına dediyi fikirləri ortaya qoymuşdum. Ondan sonra, mən bu günə kimi Ramiz Mehdiyevlə mübarizə aparmışam. Bu bütün internet saytlarında, mediada yayımlanıb. Jurnalistlərin, siyasətlə məşğul olanların hamısı bu məsələdən xəbərdardır” - deyə o qeyd edib. 

Dəfərlərlə məni dəvət ediblər ki, Ramiz Mehdiyevdən nə istəyirsən:
“Mən həmişə demişəm ki, o birmənalı şəkildə əslən ermənidir və heç vaxt nə Heydər Əliyevə, nə də İlham Əliyevə xoş münasibəti olub”.

Ramiz Mehdiyev tək deyil, o dövlət çevrilişini tək edəsi deyildi ki? 
“Ramiz Mehdiyevin Milli Məclisdə böyük dəstəsi var. Həmin deputatlar üzə çıxmalıdır, Ramiz Mehdiyevin media qrupu var, onlar üzə çıxmalıdır, Ramiz Mehdiyevlə Moskvada milyardlar yığanlar, Azərbaycana gəlib burada da pul yığıb qaçanlar üzə çıxmalıdır, zərəsizləşməlidir”. 
Mən bunları dövləti, dövlətçiliyi, xalqımızı, Prezidentimizi canımdan çox istədiyimə görə danışıram. 
“Ramiz Mehdiyevin Milli Məclisdə olan komandası da üzə çıxmalıdır, vaxtı ilə mənim vuruşduğum-tutuşduğum Ziya Məmmədov, keçmiş Milli Təhlükəsizlik Naziri onunla birlikdə idi, onlar üzə çıxmalıdır. Onların heç birini Azərbaycandan kənara çıxmağa imkan verməməlidirlər”. 
“Bildiklərimin hamısını dövlət orqanlarına çatdırmışam, çatdıracağam da. Mən bu dövləti, dövlət başçısını həyatımdan artıq istəyən insanam, sona qədər də onun qorunması üçün 20 il bundan qabaq apardığım mübarizəni bu gün də davam etdirəcəyəm. Allaha çox şükür ki, mənim dediklərim proqnoz yox, reallığa çevrildi. Vaxtilə bəzi media nümayəndələri lağla baxırdılar ki, Hafiz Hacıyevdir də danışır. Nə oldu mənim dedikərimin hamısı təsdiqini tapdı, nə oldu məni qınayan bəzi media nümayəndələri, nə oldu məni qınayan dövlət qurumlarında yüksək vəzifəli şəxslər? İndi görəsən utanırlarmı ki, biz Hafiz Hacıyevin üzünə necə baxacağıq? Məni çağırıb Ramiz Mehdiyevə görə izahat alanlar utanacaqlarmı?” 
“Ramiz Mehdiyev tək deyil, bu gün onun çox sıx təmasda olan insanlar var” – deyə siyasətçi sonda bildirib. 
Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri