Icma.az
close
up
RU
Ramiz Mehdiyevə görə üzümə duranlar indi ona qarşı “mübarizə aparmışlar” rolundadır

Ramiz Mehdiyevə görə üzümə duranlar indi ona qarşı “mübarizə aparmışlar” rolundadır

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramiz Mehdiyev və onun bandasına olan yanaşmada bu günlər məni dəhşətə gətirən bəzi halları görəndən sonra yazılarımda dəyişikliklər etmək qərarına gəldim. Ona görə ki, vaxtilə Ramiz Mehdiyevə görə üzümə duranlar, məhkəmələrə verənlər və buna görə vəzifə, mənzil, fəxri adlar alanlar bu gün “Ramiz Mehdiyevə qarşı mübarizə aparmışlar” rolundadırlar”.

Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədə yazıb.

Aslan İsmayılv bildirib ki, bugündən etibarən hansı vəzifəli şəxslərlə R.Mehdiyev haqqında hansı söhbətləri olduğunu, hansı vəzifəli şəxslərin ölkə Prezidentinin onun Dövlətçiliklə bağlı təkliflərinə aid olan göstərişlərini yox, R.Mehdiyevin göstərişlərini necə icra etmələrini faktlarla açıqlayıb onlardan cavab istəyəcək.

“Hələlik isə bunların aralarında hörmətlə yanaşdığım, başqaları kimi bu gün “niyə vaxtında susurdun” demədiyim Misir Mərdanovdan başlamaq istəyirəm. M.Mərdanovun o vaxtlar birbaşa R.Mehdiyevin kurasiyasında olduğu uzun illər ərzində nələr çəkdiyini və təhsil sahəsində gücü çatdığı çərçivələrdə hansı müsbət işlər gördüyünü çox yaxşı bilirəm. Bu gün o dövlər üçün ən az qınanılası şəxslərdən biri də məhz M.Mərdanovdur.

İndi çox istərdim ki, Misir müəllim bizim 2010-cu il təxminən iyul aylarında baş tutan görüşümüzdə “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabı ilə bağlı apardığımız müzakirəni ictimaiyyətə çatdırsın. Hər ehtimala qarşı bizim onunla olan söhbətimizi və sonrakı hadisələri qısa burada xatırladıram. Həmin görüşdə Sumqayıt hadisələrinin Qriqoryanla bağlı Bakıda Ali Məhkəmədə baxılan işdə prokuror kimi çıxış etdiyimi və hadisələrin SSRİ rəhbərliyi, DTK-sı tərəfindən təşkil edildiyini, SSRİ Prokurorluğu tərəfindən baş verənlərin necə saxtalaşdırıldığını kitabda olduğu kimi təsvir etdiyimi bildirdim. Bu gün Azərbaycan gəncliyi həqiqətən Sumqayıtda nələrin baş verdiyini bilmədiklərindən onların maarifləndirilməsi vacibliyini vurğuladım. Xahiş etdim ki, xarici görüşlərdə dünya ictimaiyyəti Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən törədildiyi kimi qəbul edir, ona görə də kitabda olanlar heç olmasa qısa şəkildə tədris olunsun ki, bizim gənclər xaricə gedəndə görüşlərində faktlarla izah edə bilsinlər. Həm də bu kitabla bağlı 9-10-cu sinif şagirdləri üçün mənimlə məktəblərdə görüşlər təşkil edilməsində yardımçı olsun ki, o hadisələrin canlı şahidi kimi baş verənləri izah edim. Misir müəllim hadisələrin mahiyyətini bilən kimi xeyli təəccübləndi və təkliflərimi məmnuniyyətlə qəbul etdi. Əlavə olaraq bildirdi ki, o, özü də bu işdə bacardığı köməklikləri edəcək. Həqiqətən də, bundan az sonra mənə Nərimanov təhsil şöbəsindən zəng gəldi və bir neçə aylıq Bakı məktəblərində hər həftə keçiriləcək görüşlərin vaxtı və siyahısı təqdim olundu. İlk görüşüm təxminən Həsən Əliyev küçəsində yerləşən məktəbdə baş tutdu. Görüşdə məktəbin bütün 9-10 sinif şagirdləri iştirak etdilər. Həmin görüşün təşkilatçısı, indi dəqiq yadımda deyil, ya direktoru, yaxud “zavuç”u görüşün 2 saatdan artıq davam etdiyini, uşaqların məmnuniyyətlə dinlədiyini görüb çox təəcüblənmişdi ki, bu günə qədər şagirdlərin marağına səbəb olan belə görüş olmamışdı. Bu görüşdən az sonra Nərimanov təhsil şöbəsindən zəng gəldi və bildirdilər ki, bir daha belə görüşlər olmayacaq.

Çox istərdim ki, Misir müəllim bunun səbəbləri barədə ictimaiyyəti məlumatlandırsın”.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri