Icma.az
close
up
RU
Ramiz Mehdiyevə görə hədəfə çevrildilər Araşdırmalar başlaya bilər

Ramiz Mehdiyevə görə hədəfə çevrildilər Araşdırmalar başlaya bilər

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Bəzi media subyektlərinin Ramiz Mehdiyev mövzusundan istifadə edərək keçmiş və indiki məmurları şantaj vasitəsinə çevirdiyi deyilir. Bildirilir ki, bu proses hədə-qorxu yolu ilə maddi qazanc əldə etməyə hesablanıb və media mühitini çirkləndirir.

Qeyd edilən media orqanları və onların rəhbərləri haqda hüquqi araşdırma aparıla bilərmi? Belə neqativ tendensiyaların qarşısı necə alınmalıdır?

Globalinfo.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, Ramiz Mehdiyevlə bağlı məlum xəbərlər yayılandan sonra mediada üç əsas mövqe formalaşıb:

“Birinci xəttə mənsub olanlar fürsətçi və qisasçılıq hissi ilə yaşayan şəxslərdir. Onlar hadisədən öz şəxsi maraqları üçün istifadə edir, düşmən hesab etdikləri insanlara qarşı kampaniya aparır və Ramiz Mehdiyev məsələsini bu məqsədlə alətə çevirirlər. İkinci qrup isə susqun təbəqədir. Bu insanlar məsuliyyətdən yayınmaq üçün özlərinə bəraət qazandırırlar. Üçüncü mövqe isə daha sağlam yanaşmadır. Bu xəttin tərəfdarları Ramiz Mehdiyev olayınl bəhanə etmədən, cəmiyyətdə kök salmış nöqsanları, eybəcərlikləri dilə gətirir və bununla vacib bir ibrət dərsi verirlər. Onların fikrincə, hər bir məmur anlamalıdır ki, dövlətə və cəmiyyətə zərər vuran, dəyərləri tapdalayan heç bir addım cəzasız qalmır. Zaman keçsə də, gerçəklər üzə çıxır və cəmiyyət qarşısında hesabat vermək zərurəti yaranır”.

Qulu Məhərrəmli

Professor qeyd edib ki, media bu mövzunu sağlam və obyektiv platformada saxlamalıdır:

“Diskussiyalar, mübahisələr və çıxışlar düşünülmüş şəkildə aparılmalıdır. Media orqanları öz mövqelərini, yanaşma rakurslarını və məqsədlərini aydın müəyyənləşdirməlidir. Doğrudur, istintaq və əməliyyatla bağlı məhdud məlumatların olması birinci qrupda qeyd olunan şəxslərə fürsət yaradır ki, istədikləri insanları qaralasın, həqiqətə uyğun olmayan fikirlər səsləndirsinlər. Qisas hissi ilə hərəkət edənlərin belə davranışı, şübhəsiz ki, əxlaqsızlıq nümunəsidir və bu barədə açıq danışmaq lazımdır.

Mövcud nöqsanların aradan qaldırılması üçün bu kimi məsələlərə obyektiv, düşünülmüş yanaşmaq vacibdir. Media prosesi sistemli və ağıllı şəkildə idarə etməli, çıxışlara, mövqelərə diqqətlə yanaşmalıdır. Ona görə də sanballı, cəmiyyətdə nüfuzlu və söz haqqı olan şəxslərin fikirlərinə üstünlük verilməsi daha məqsədəuyğundur. Onsuz da bir insanın danışığından nə dərəcədə obyektiv və ya qərəzli olduğu dərhal hiss edilir. Buna görə də media düzgün seçim prinsipləri müəyyənləşdirməli və peşəkar məsuliyyətini qoruyaraq hərəkət etməlidir”.

Vəkil Mehman Muradlı bildirib ki, bəzi media subyektləri digər oxşar hallarda da fəallaşırlar:

Mehman Muradlı

“Məsələn, keçmiş MTN əməkdaşlarının həbsi dövründə bir sıra media qurumları müxtəlif məmurları əsassız şəkildə Eldar Mahmudova bağlayırdı. Bu isə açıq şəkildə maddi maraq güdən yanaşmanın nəticəsi idi. İndi də eyni üsulla “Ramiz Mehdiyev kartı”ndan istifadə edirlər. Belə hallar nə birinci, nə də sonuncudur. Hər hansı məmur onların istəyini yerinə yetirmədikdə, dərhal həmin şəxsi Mehdiyevlə əlaqələndirib müxtəlif orqanlara şikayət edirlər.

Sabiq Prezidentinin Administrasiyasının rəhbəri bir vaxtlar hakimiyyətin üçüncü nümayəndəsi kimi icra başçılarının təqdimatlarını verən şəxs rolunda çıxış edirdi. Lakin bütün məmurları onunla əlaqələndirmək əsassızdır. Dövlətin rəhbəri və qərarverici şəxs prezidentdir. Media qurumları unutmamalıdır ki, hədə-qorxu, şantaj və ya əsassız ittihamlarla tələb irəli sürmək cinayət məsuliyyəti yaradır və bunun qanunla ciddi cəzası var. Ona görə də bununla bağlı media subyektlərində hüquqi araşdırma aparılması mümkündür”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri