Icma.az
close
up
RU
Ramiz Mehdiyevin bankında nə baş verir? Müştərilər pullarını geri çəkir

Ramiz Mehdiyevin bankında nə baş verir? Müştərilər pullarını geri çəkir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə həbs edilib. 

Onun həbsi fonunda R.Mehdiyevə məxsus əmlaklar və adının hallandığı şirkətlər yenidən gündəmə gəlib. İddialara əsasən, sabiq məmurun gəlini “Bank BTB” ASC-nin əsas səhmdarıdır və 75 faiz paya sahibdir. Bu isə bankın 50 milyon manatlıq nizamnamə kapitalının böyük hissəsinin ona məxsus olması deməkdir. 

Qeyd olunur ki, “Bank BTB” ASC eyni zamanda “BTB Lizinq” və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-lərin də təsisçisidir. Məlumata görə, son iki gündə baş verən hadisələrdən sonra müştərilər bankdakı əmanət və depozitlərini geri çəkməyə başlayıblar. 

“Cebheinfo.az”-a açıqlamasında “Bank BTB” ASC-nin Marketinq departamentinin rəhbəri Aynur Nurəliyeva bildirib ki, təbii olaraq müştərilər arasında müəyyən narahatlıq yaranıb: 

“Mediada son iki gün ərzində müxtəlif neqativ məlumatlar yayılır. Təbii ki, bankın müştəriləri loyallıqlarını qorumağa çalışsalar da, öz vəsaitlərinin təhlükəsizliyi ilə bağlı kifayət qədər narahatdırlar. Hazırda hər şey individual qaydadadır. Hər bir müştəri banka müraciət etdikdə, bankın adından asılı olmayaraq, istənilən vaxt istənilən qərarı verə bilər. Yəni ya bizimlə tərəfdaşlığa davam edir, ya da müqaviləyə xitam verərək qərarını bildirir. Bank olaraq biz müştərilərin bütün qərarlarına hörmətlə yanaşır və onları anlayışla qarşılayırıq”. 

O qeyd edib ki, hər bir müştəri banka müraciət etdikdə, istənilən vaxt istənilən qərarı vermək hüququna malikdir: 

“Müraciətlərin sayı elə də çox deyil. Əksinə, bankımıza dəstək göstərməyə, yaranmış vəziyyəti anlayışla qarşılamağa hazır olan müştərilərimiz var. Hətta elə müştərilər var ki, bizə gözəl sözlər deyir, təşəkkürlərini bildirir. 

Həmçinin, bu dövrdə bizə dəstək göstərmək, tərəfdaşlığı davam etdirmək arzu və niyyətinin olduğunu göstərirlər. Eyni zamanda, təbii ki, fərdi qərar verərək bankla əməkdaşlığı dayandıran müştərilər də var. Hər bir müştərinin qərarı onun şəxsi seçimidir və bank həmin qərarları qarşılamağa hazırdır”. 

Aynur Nurəliyeva əlavə edib ki, proseslə bağlı məlumatlar aidiyyəti qurumlarla paylaşılır və vəziyyət nəzarət altındadır: “Dünənə olan məlumat bizdə var, bu günün yekun nəticələri üçün isə günün sonunu gözləyirik. Aidiyyəti qurumlara müvafiq məlumatlar təqdim olunur və proses izlənilir. Lakin hazırda bu məlumatları bölüşə bilmərəm”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az

Açar sözlər: Bank Ramiz Mehdiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see494

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see381

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see331

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see304

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see273

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see270

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see267

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see248

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see221

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri