Icma.az
close
up
RU
“Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl” İstintaqa dosye təqdim olundu

“Ramiz Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl” İstintaqa dosye təqdim olundu

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə qaytarıb.

15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, “Arzu” Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.

2010-cu il sentyabr ayının 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılıblar. Mərhum iş adamının qızı qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.

Qeyd edir ki, analarının qətlinin araşdırılması üçün ötən illər ərzində göstərdikləri çabalara görə hər zaman olduğu kimi hazırda da böyük bir təhlükə qarşısındadırlar. Nəcimə Babayevanın qızı Gülnarə Həbibova istintaqa son dərəcə ilginc müraciət təqdim edib.

Gülnarə Həbibova 24 oktyabr 2025-ci ildə etdiyi müraciətində bildirir:

“Anamı Ramiz Mehdiyevin çətiri altında qorunan icra başçısı məhv etdi”.

Müraciətdə Gülnarə Həbibova açıq şəkildə bildirir ki, anasının ölümü Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin, onun “kassiri” və müavini Akif Mərdanovun, həmçinin bölgədəki imkanlı şəxslərdən ibarət maraqlı qruplaşmanın sifarişi ilə baş verib: “Anam qətlindən öncəki 3 il ərzində Xaçmaz rayonunda bu qruplaşmanın təzyiqlərinə, şantajına, saxta yoxlamalarına qarşı təkbaşına mübarizə aparırdı. Onlar anamın əmlakını ələ keçirmək istəyirdilər. Anam məhkəmələri uddu, lakin 15 sentyabr 2010-cu ildə evində vəhşicəsinə qətlə yetirildi".

“Ramiz Mehdiyevin kürəkəni Xaçmazın kuratoru idi”

Şikayətdə qeyd olunur ki, həmin dövrdə Prezident Administrasiyasının Regional idarəetmə şöbəsində Xaçmaz rayonu üzrə kurator vəzifəsini Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev icra edib.

“Anam dəfələrlə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayətlər göndərmişdi, lakin heç bir reaksiya verilmədi. Sonradan məlum oldu ki, o zaman Xaçmaz rayonuna kurator təyin olunan şəxs Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev imiş. Həmin şəxs sonradan iki çağırış Milli Məclisin deputatı seçildi və bu gün də rayonda milyonluq əmlaklara sahibdir”.

Gülnara Həbibova iddia edir ki, Şəmsəddin Xanbabayev Ramiz Mehdiyevlə çox yaxın münasibətdə olub, Mehdiyevlər ailəsinin Xaçmazdakı əmlaklarının qorunması da məhz bu əlaqə ilə təmin edilib.

“Qətlin sifarişli olması versiyası istintaqda qəsdən gizlədildi”

Qızının sözlərinə görə, anasının sifarişlə qətli  əmlakın ələ keçirilməsinə görə olub. Lakin uzun illər boyu istintaq orqanları bu versiyanı qəsdən kölgədə saxlayıblar.

“İstintaqın ilk günlərindən bu versiyanın üzərindən ötəri keçdilər. Çünki Xanbabayev təkcə rayon rəhbəri deyildi, həm də Ramiz Mehdiyevin adamı idi. O, yalnız öz səlahiyyətləri ilə yox, həm də onu qoruyanların resurslarından istifadə etməklə istintaqın obyektiv aparılmasına mane oldu”.

15 ildir açılmayan bu qətl işinin motivi ortadadır. Qətldən öncə Nəcimə Babayevadan bazarın zor gücünə alınması üçün Ramiz Mehdiyevin himayəsində olan icra başçısı Şəmsəddin Xanbabayev və ətrafı tərəfindən ona təzyiqlər göstərilib. Lakin Nəcimə Babayevanın təzyiqlərə tab gətirməsi, ona qarşı başladılmış məhkəmələrdən qalib ayrılması "mehdiyevçi"lərin planlarını pozub. Bundan sonra Nəcimə Babayeva evində öldürülüb, qətlin ailə-məişət zəminində törədilməsi haqda yanlış versiya ortaya atılıb. İstintaq qətlindən öncə Nəcimə Babayevanın əleyhinə aparılan qaralama kampaniyasını diqqətdən kənar qoyub. Qətldən sonrakı illərdə onun övladları təqib və təzyiqlərə məruz qalıblar. Ailənin qətlin üstünün açılması üçün yazıdqları şikayətlər seyflərdə qalıb, Gülnarə Həbibova və ailəsinə qarşı saxta ittihamlar irəli sürülüb.

 "Görünür, arxasında Ramiz Mehdiyev olan şəxslərin adı hallanan bir ölümün açılmasını tələb etmək həyatımız bahasına başa gələ biləcək bir əməl imiş",- deyə Gülnarə Həbibova müraciətində qeyd edir.

“Mənim və ailəmin başına gələ biləcək faciələrə görə məsuliyyət daşıyacaqlar. Xahiş edirəm, anamın qətli ilə bağlı təqdim etdiyim məlumatları yenidən əməliyyat qaydasında araşdırasınız. Mənim və ailəmin başına gələ biləcək faciələrin qarşısını almaq üçün bu cinayət işinə müdaxilə vacibdir”.

Xatırladaq ki, Şəmsəddin Xanbabayev 2004–2019-cu illərdə Xaçmaz İcra Hakimiyyətinin başçısı, Akif Mərdanov isə həmin dövrdə onun birinci müavini olub. Hər iki şəxs 5 il öncə vəzifədən uzaqlaşdırılıb. Buna baxmayaraq Nəcibə Babayevanın qətl işinin üstünün açılmasına bundan sonra da imkan verilməyib.

Nəcimə Babayevanın övladları nəhayət ki, analarının sifarişli qətl işinin üstünün açılmasını xahiş edirlər. Bildirirlər ki, bu, Ramiz Mehdiyevin şimal zonasındakı şəbəkəsinin 15 illik qanlı fəaliyyətinin sonu olacaq. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri