Icma.az
close
up
RU
Deputat: “Ramiz Mehdiyevin “toxunulmazlıq çətiri” keçmişdə qalıb”

Deputat: “Ramiz Mehdiyevin “toxunulmazlıq çətiri” keçmişdə qalıb”

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Ramiz Mehdiyev vətənə xəyanət və dövlət çevrilişinə cəhd ittihamları ilə istintaqa cəlb edilməsi hüquqi baxımdan son dərəcə ciddi hadisədir. Bu ittihamlar təkcə fərdi məsuliyyəti deyil, eyni zamanda genişmiqyaslı və mümkün təşkilatlanmış fəaliyyət ehtimalını gündəmə gətirir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 
O bildirib ki, belə cinayətlərin baş verməsi üçün bir neçə əsas amil tələb olunur:
“Buna bir neçə şəxsin iştirakı, müəyyən strukturların prosesə cəlb olunması və xaricdən mümkün təsirlərin mövcudluğu aiddir. Hazırkı mərhələdə istintaqın ilkin mərhələdə olduğu bildirilir. Prosesin gedişində əlavə şəxslərin də istintaqa cəlb olunması istisna edilmir. Bu şəxslərin hadisədəki rolu və məsuliyyət dərəcəsi hüquqi araşdırmalar nəticəsində müəyyənləşdiriləcək. 
Əsas hüquqi məsuliyyət isə təşkilatçılar, icraçılar və mümkün maliyyə dəstəyi göstərən şəxslər üzərində fokuslanır. İstintaqın gedişi onun mərhələli şəkildə genişləndiyini göstərir. Ölkə daxilində fəaliyyət göstərən bəzi siyasi qurumların və qrupların üzvləri də araşdırma predmetinə daxil edilib. Bu məsələlər üzrə hüquqi qiymət istintaqın nəticələrinə əsasən veriləcək”.
Onun sözlərinə görə, artıq bu istiqamətdə prosesin getdikcə dərinləşdiyi açıq şəkildə görünür:
“Siyasi sistemdə özünü aktor kimi təqdim edən Əli Kərimli və onun rəhbərlik etdiyi partiyanın da bu prosesdə iştirakçı olduğu artıq şübhə doğurmur. 
Eyni zamanda Milli Şura, eləcə də Milli Şuradan əvvəl fəaliyyət göstərmiş və “Milliyarderlər İttifaqı” adı ilə tanınan qurumun bəzi üzvlərinin də bu prosesə cəlb olunduğu məlumdur. Hesab edirəm ki, istintaqın seçdiyi istiqamət doğrudur, strateji məqsədlərə uyğun addımlar atılır və bu proses müsbət nəticələr verəcək. Çünki bu xətt üzrə irəlilədikcə, Azərbaycanı dövlətsizləşdirmək və lidersizləşdirmək istəyən, xaricdən dəstək alan qüvvələrin də izinə düşülür. Əslində, bu məsələ cəmiyyət üçün yenilik deyil. Sadəcə istintaqın əsas vəzifəsi bunları hüquqi müstəvidə sübut etmək, faktlar və dəlillərlə ortaya qoymaq və bu əməlləri törədən şəxsləri məsuliyyətə cəlb etməkdir”.
Deputat deyib ki, bu cəhdlərin necə və hansı şəraitdə baş verməsinə gəlincə, bunun bir neçə səbəbi var:
“İlk növbədə, görünür Ramiz Mehdiyev dövlət daxilində hələ də ona sadiq olan şəxslərin mövcud olduğunu düşünür və onlarla birgə belə bir planı həyata keçirə biləcəyinə inanırdı. 
Digər tərəfdən, o, xarici dəstəyə, xüsusilə uzun illər əməkdaşlıq etdiyi və Azərbaycana qarşı dağıdıcı mövqe sərgiləyən şimal qonşumuzdakı bəzi dairələrə arxalanırdı. Hesab edirdi ki, onun üçün müəyyən “toxunulmazlıq çətiri” mövcuddur və bu dairələr tərəfindən qorunacaq. Bu arxayınlıq təsadüfi deyildi. Çünki Ramiz Mehdiyev uzun müddət istədiyini etməyə nail olmuşdu və ətrafındakı insanlar da bundan xəbərdar idilər. 
Məhz bu səbəbdən onlar Azərbaycan dövlətinə qarşı belə addımlar atmağa cəsarət etdilər. Bütün bu məqamlar istintaq prosesində addım-addım üzə çıxacaq. İstintaq materialları lazımi şəkildə qorunub saxlandıqdan və prosesə zərər vurmayacağı mərhələyə çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq. 
Cəmiyyət bilməlidir ki, bu prosesdə kimlər iştirak edib, hansı məqsədlərlə hərəkət ediblər və kimlər tərəfindən maliyyələşdiriliblər. Azərbaycan xalqı dostunu və düşmənini tanımalıdır. Necə ki, 44 günlük Vətən müharibəsində bunu bir daha gördük. İstintaq başa çatdıqdan sonra artıq məxfilik tələb etməyən məlumatların ictimaiyyətlə paylaşılması həm ictimai şüurun, həm də vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından olduqca vacibdir”.
Leyla Turan
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri