Icma.az
close
up
RU
İstintaqa dosye təqdim olundu: “Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl”

İstintaqa dosye təqdim olundu: “Mehdiyevin çətiri altında 15 il gizlədilən qanlı qətl”

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə qaytarıb.

Hurriyyet.az Musavat.com-a istinadla xəbər verir ki, 15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, "Arzu" Ticarət Mərkəzinin sahibəsi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.

2010-cu il sentyabrın 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılmayıblar. Mərhum iş adamının qızı qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.

Qeyd edir ki, analarının qətlinin araşdırılması üçün ötən illər ərzində göstərdikləri çabalara görə hər zaman olduğu kimi hazırda da böyük bir təhlükə qarşısındadırlar. Nəcimə Babayevanın qızı Gülnarə Həbibova istintaqa son dərəcə ilginc müraciət təqdim edib.

Gülnarə Həbibova 24 oktyabr 2025-ci ildə etdiyi müraciətində bildirib:

"Anamı Ramiz Mehdiyevin çətiri altında qorunan icra başçısı məhv etdi".

Müraciətdə Gülnarə Həbibova açıq şəkildə bildirir ki, anasının ölümü Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin, onun "kassiri" və müavini Akif Mərdanovun, həmçinin bölgədəki imkanlı şəxslərdən ibarət maraqlı qruplaşmanın sifarişi ilə baş verib:

"Anam qətlindən əvvəl 3 il ərzində Xaçmaz rayonunda bu qruplaşmanın təzyiqlərinə, şantajına, saxta yoxlamalarına qarşı təkbaşına mübarizə aparırdı. Onlar anamın əmlakını ələ keçirmək istəyirdilər. Anam məhkəmələri uddu, lakin 15 sentyabr 2010-cu ildə evində vəhşicəsinə qətlə yetirildi".

"Ramiz Mehdiyevin kürəkəni Xaçmazın kuratoru idi"

Şikayətdə qeyd olunur ki, həmin dövrdə Prezident Administrasiyasının Regional idarəetmə şöbəsində Xaçmaz rayonu üzrə kurator vəzifəsini Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev icra edib.

"Anam dəfələrlə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayətlər göndərmişdi, lakin heç bir reaksiya verilmədi. Sonradan məlum oldu ki, o zaman Xaçmaz rayonuna kurator təyin olunan şəxs Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev imiş. Həmin şəxs sonradan iki çağırış Milli Məclisin deputatı seçildi və bu gün də rayonda milyonluq əmlaklara sahibdir".

Gülnarə Həbibova iddia edir ki, Şəmsəddin Xanbabayev Ramiz Mehdiyevlə çox yaxın münasibətdə olub, Mehdiyevlər ailəsinin Xaçmazdakı əmlaklarının qorunması da məhz bu əlaqə ilə təmin edilib.

"Qətlin sifarişli olması versiyası istintaqda qəsdən gizlədildi"Qızının sözlərinə görə, anasının sifarişlə qətli əmlakın ələ keçirilməsinə görə olub. Lakin uzun illər boyu istintaq orqanları bu versiyanı qəsdən kölgədə saxlayıblar.

"İstintaqın ilk günlərindən bu versiyanın üzərindən ötəri keçdilər. Çünki Xanbabayev təkcə rayon rəhbəri deyildi, həm də Ramiz Mehdiyevin adamı idi. O, yalnız öz səlahiyyətləri ilə yox, həm də onu qoruyanların resurslarından istifadə etməklə istintaqın obyektiv aparılmasına mane oldu".

15 ildir açılmayan bu qətl işinin motivi ortadadır. Qətldən öncə Nəcimə Babayevadan bazarın zor gücünə alınması üçün Ramiz Mehdiyevin himayəsində olan icra başçısı Şəmsəddin Xanbabayev və ətrafı tərəfindən ona təzyiqlər göstərilib. Lakin Nəcimə Babayevanın təzyiqlərə tab gətirməsi, ona qarşı başladılmış məhkəmələrdən qalib ayrılması "mehdiyevçi"lərin planlarını pozub. Bundan sonra Nəcimə Babayeva evində öldürülüb, qətlin ailə-məişət zəminində törədilməsi barədə yanlış versiya ortaya atılıb. İstintaq qətlindən öncə Nəcimə Babayevanın əleyhinə aparılan qaralama kampaniyasını diqqətdən kənar qoyub. Qətldən sonrakı illərdə onun övladları təqib və təzyiqlərə məruz qalıblar. Ailənin qətlin üstünün açılması üçün yazdıqları şikayətlər seyflərdə qalıb, Gülnarə Həbibova və ailəsinə qarşı saxta ittihamlar irəli sürülüb.

"Görünür, arxasında Ramiz Mehdiyev olan şəxslərin adı hallanan bir ölümün açılmasını tələb etmək həyatımız bahasına başa gələ biləcək bir əməl imiş", - deyə Gülnarə Həbibova müraciətində qeyd edir.

"Mənim və ailəmin başına gələ biləcək faciələrə görə məsuliyyət daşıyacaqlar. Xahiş edirəm, anamın qətli ilə bağlı təqdim etdiyim məlumatları yenidən əməliyyat qaydasında araşdırasınız. Mənim və ailəmin başına gələ biləcək faciələrin qarşısını almaq üçün bu cinayət işinə müdaxilə vacibdir".

Xatırladaq ki, Şəmsəddin Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, Akif Mərdanov isə həmin dövrdə onun birinci müavini olub. Hər iki şəxs 5 il öncə vəzifədən uzaqlaşdırılıb. Buna baxmayaraq, Nəcibə Babayevanın qətl işinin üstünün açılmasına bundan sonra da imkan verilməyib.

Nəcimə Babayevanın övladları, nəhayət ki, analarının sifarişli qətl işinin üstünün açılmasını xahiş edirlər. Bildirirlər ki, bu, Ramiz Mehdiyevin şimal zonasındakı şəbəkəsinin 15 illik qanlı fəaliyyətinin sonu olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see246

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see239

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see237

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see234

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see178

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see156

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see151

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri