Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı FOTOLAR
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Azərbaycan siyasi tarixində uzun illər əsas fiqurlardan biri olmuş, Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib və onunla yanaşı bütün mülkiyyəti, villaları, torpaq sahələri, ticarət mərkəzləri, eləcə də ailə üzvlərinin adlarına olan saysız-hesabsız sərvətlər dövlət nəfinə müsadirə olunub.
Turkustan.az xəbər verir ki, Mehdiyevlər imperiyasının çökdüyü və bütün aktivlərin qanun qarşısında cavab verdiyi bir vaxtda, diqqətdən kənarda qalmayan əsas məqamlardan biri də sabiq rəhbərin kürəkəni, AŞPA-nın və Milli Məclisin sabiq deputatı İlham Əliyevin sahib olduğu milyonluq avtomobil parkıdır.
Qayınatasının milyardlıq imperiyasının dağıldığı və əmlaklarının əlindən alındığı fonda, keçmiş deputatın paytaxt küçələrində xüsusi "040" nömrə seriyaları ilə gəzən fantastik dəyərdəki qarajı cəmiyyətdə haqlı olaraq suallar doğurur.
Maraqlıdır, aylıq qanuni deputat məvacibi bəlli olan bir şəxs bu qədər milyonluq avtomobilləri necə əldə edib?
İlham Əliyevə məxsus olduğu bildirilən və üzərində "040" nömrələri daşıyan avtomobil karvanı dünya avtomobil sənayesinin zirvəsi sayılan eksklyuziv modellərdən ibarətdir. İlk sırada “Rolls-Royce Ghost” (10-YY-040) dayanır. Britaniya lüksünün şah əsəri olan bu modelin 2026-cı il bazar qiyməti təxminən 500,000-750,000 dollar, yəni 850,000-1,280,000 AZN aralığında dəyişir.
Digər avtomobil isə “Mercedes-Maybach S-Class”dır (90-AA-040). Komfort və status simvolu olan W223 kuzovlu bu sedanların qiyməti rəsmi dilerlərdə və ikinci əl bazarında 220,000-380,000 dollar, yəni 370,000-645,000 AZN təşkil edir.
“Mercedes-Maybach GLS 600” (10-AY-040) isə ultra-lüks sinifə aid edilən bu avtomobilinin cari qiyməti təxminən 210,000-320,000 dollardır. Manatla isə təqribən 355,000-545,000 AZN civarındadır.
“Bentley Bentayga” da siyahıda var (10-PP-040). Güc və dəbdəbəni birləşdirən Britaniya istehsalı SUV-nin qiyməti 250,000-400,000 dollar, yəni 425,000-760,000 AZN arasındadır.
“Mercedes-AMG G 63”, "Galandewagen" (10-AB-040 və 90-AN-040) də kolleksiyada yer alıb. Paytaxtın əsas diqqət çəkən "G-class" modellərinin hər birinin bazar dəyəri 230,000-380,000 dollar, yəni 390,000-645,000 AZN təşkil edir.
Fotolar2

Bütün bu avtomobillərin ümumi kolleksiya dəyəri 4 milyon ilə 5 milyon AZN arasında dəyişir. Üstəlik, avtomobillərin üzərindəki "040" nömrə kombinasiyasının da ayrıca yüksək bazar və nüfuz dəyərinə malik olması bu qarajın dəyərini daha da artırır.
Buradan sadə bir riyazi sual ortaya çıxır ki, yalnız qanuni deputat məvacibi ilə dolanan bir şəxs heç bir xərc çəkmədən çalışsa belə, bu dərəcədə nəhəng avto-parkı formalaşdırmaq üçün əsrin üçdə birindən çox vaxt sərf etməlidir.
Qayınatası Ramiz Mehdiyevin dövlət tərəfindən cəzalandırılması və bütün qanunsuz əmlaklarının müsadirə olunduğu bir dövrdə, sabiq deputatın bu səviyyədə milyonuq dəbdəbə içində yaşaması sual, maraq və təəccüb doğurur...\\sfera.az
Baxış sayı:53
Bu xəbər 28 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















