Icma.az
close
up
RU
Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı FOTO

Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı FOTO

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Dövlətə xəyanətdə təqsirləndirilərək, barəsində ev dustaqlığı qərarı verilən Ramiz Mehdiyevin “qara kassası” üzə çıxıb.

Bu barədə Bakı şəhər sakini Oqtay İbrahimov məlumat verib. O bildirib ki, Ramiz Mehdiyevin biznesini milyonçu iş adamı Şahəddin Məmməd oğlu Abdullayev idarə edir.

Ramiz Mehdiyev barədə cinayət işi başlanandan sonra isə Şahəddin Abdullayev biznesini xaricə köçürməyə başlayıb: “O, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə xarici kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına sızmasında, icra başçılarının, nazirlərin, komitə sədrlərinin təyin olunub çıxarılmasında, deputat seçkilərinə müdaxilədə, ölkədən çirkli pulların qanunsuz yollarla daşınmasında, hakimiyyəti zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdəarxası fəaliyyətlərində ona hərtərəfli dəstək olub. Bunun qarşılığında 25 ilə yaxın müddət ərzində Ukraynanın Mariopol Metallurgiya Zavodundan vaqonlarla dəmir məmulatları gətirərək, Azərbaycanda bu sahədə monopoliyasını ələ keçirərək, inanılmaz sərvətə sahib olub. Ramiz Mehdiyevin Şahəddin Abdullayevlə qohumluq əlaqəsinin olmamasına baxmayaraq, qızı Şahinə Abdullayevanın 2008-ci ildə “Sərin”, oğlu Şamxal Abdullayevin 05.10.2013-cü il tarixdə “Buta” şadlıq saraylarında keçirilən toylarında Ramiz Mehdiyev şəxsən özü və ailəsi ilə birlikdə iştirak ediblər. Bu da onların bir-birinə sıx bağlılığından, isti münasibətlərindən xəbər verir. Şahəddin Abdullayev S.Vurğun küçəsində “Zabitlər bağı” ilə üz-üzə yaşayış kompleksini (qırmızı bina) inşa etdirdikdən sonra oğlu Şamxal Abdullayevə hədiyyə etdiyi mənzillə üzbəüz Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə də ev hədiyyə edib. Şahəddin Abdullayev Ramiz Mehdiyevin hakimiyyətdə mövqeyinin zəiflədiyi vaxt “Bu dövlətə etibar yoxdur. Sabah bilmək olmaz nə olar, nə olmaz” deyərək, siyasi motivlərlə və qanunsuz yollarla Türkiyənin İstanbul şəhərində 5 000 000 dollar Eurobond istiqrazları yerləşdirdi, İstanbuldakı “Burhan” banka 500 000 dollar əmanət qoydu. İstanbulun mərkəzi olan Nişantaşında 2 ədəd daşınmaz əmlak aldı”.

Oqtay İbrahimov daha sonra deyib: “Şahəddin Abdullayevin şəxsən öz adına olan 30 ədəd daşınmaz əmlak, müəssisə, qeyri-yaşayış sahələri, xarici maşın kolleksiyaları saymaqla bitməz.

Oğlunun, xüsusən qızının və həyat yoldaşının, qanunsuz qızının, nəvələrinin adına olanlardan hələ danışmırıq. Bu gün onun nəticəsidir ki, Şahəddin Abdullayevin dövlət orqanlarında, xüsusən Dövlət Vergi Xidmətində dayaqları və himayədarları qalmaqda davam edir. İki ilə yaxındır ki, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə ünvanladığımız çoxsaylı məktublarda təkzib olunmaz faktlar göstərmişik. Etdiyimiz müraciətlərdə Şahəddin Abdullayevin təsisçisi olduğu və oğlu Şamxal Abdullayevin direktor olduğu “Güzdək Metal” və “Roofs” MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini pozaraq, dövlət büdcəsindən külli miqdarda mənimsəmələr edilməsinə dair göstərdiyimiz faktlar bu günə qədər araşdırılmayaraq açıq qalıb. Bunun nəticəsidir ki, hər 2 müəssisənin rəhbərləri uzun müddətdir ki, “qara mühasibatlıqla” işləyərək dövlət büdcəsindən milyonlarla manat mənimsəmələr etmələrinə baxmayaraq, əl-qollarını sallayaraq sərbəst gəzib dolaşırlar”.

O.İbrahimov deyib ki, Mehdiyevin “qara kassa”sı rolunu oynayanlar həmin müəssisələrdən birində əmək müqaviləsiz, formal olaraq 500 manat əmək haqqı müqabilində işləyən oğlu Həsən İbrahimovu dolaşdıraraq həbs etdirməyə nail olublar, yoxa çıxardıqları pulların bütün məsuliyyətini onun üzərinə yönəltməyə çalışırlar: “Maraqlar müqabilində, qərəzli şəkildə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə cinayət işi başlanıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Oktyabrın 1-də keçirilən məhkəmədə ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzləndi”.

O.İbrahimov bildirib ki, bu iddia üzrə cinayət işinə dair ilkin araşdırma bir il yeddi ay davam etsə də, ortada heç bir fakt və sübut yoxdur: “Lakin qəbul olunmuş qərəzli məhkəmə qərarı bir daha sübut etdi ki, Şahəddin Abdullayevin bu gün də dövlət orqanlarında güclü dayaqları var. Oğlum məhkəmənin çağırışlarına vaxtı-vaxtında gəlsə də, cəmiyyət üçün heç təhlükə törətmədiyi halda Şahəddin Abdullayev oğlumu həbsə aldırmağa nail olub.

Ailəmiz dörd ilə yaxındır bu şəxsin əlindən əziyyət çəkir. Şahəddin Abdullayev ailəmizdən əl çəkmir, milyonlarına və ona himayədarlıq edən bəzi məmurlara arxalanaraq ailəmizi hədələyir, övladımızın həyatını məhv ediləcəyi haqqında bizə məlumatlar göndərir. Oğlu Şamxal Şahəddin oğlu Abdullayev müəssisənin direktoru olduğu halda məhkəmədə şahid qismində ifadə verir. Halbuki direktor müəssisənin fəaliyyətindən dolayı bir nömrəli cavabdeh şəxsdir. Bu gün də Şahəddin Abdullayev ağsaqqalı Ramiz Mehdiyevdən təlimat və tapşırıqlar alır, maraqlar müqabilində təsir edərək planladığı işləri pillə-pillə həyata keçirir. Şahəddin Abdullayevin “Qurd Qapısı” restoranı istirahət, əyləncə məkanından daha çox “siyasi söhbətlər” məkanı kimi ad çıxardıb. Axşamlar narazılar burada toplaşıb “siyasi nağıllar” danışırlar, gələcək planlar qururlar. Bu gün Şahəddin Abdullayevin var-dövləti 100 milyonlarla ölçülür”.

Bir maraqlı fakt da odur ki, Şahəddin Abdullayev şikayətçi Oqtay İbrahimovun bacısının həyat yoldaşıdır.

Barəsində səslənən ittihamlarla bağlı Ş.Abdullayevə zəng etdik. Lakin o, zənglərə cavab vermədi.

Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Oxu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Noyabr 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri