Icma.az
close
up
RU
Ramiz Mehdiyevin vəzifədəki kadrları Onun siyahısındakı ADLAR

Ramiz Mehdiyevin vəzifədəki kadrları Onun siyahısındakı ADLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.

Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. O, Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Moskvaya təklif edib.

Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

Məlumatlı mənbənin bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.

87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

Ramiz Mehdiyev 24 il Prezident Administrasiyasına (1995-2019) rəhbərlik edib. Bu səbəbdən bir sıra sahələrə müdaxilə və nəzarət etmək imkanına malik olub: dövlət idarəetməsinin, kadr siyasətinin və daxili siyasi texnologiyaların əsas təsisçilərindən sayılırdı; nazirlərin, nazir müavinlərinin, icra başçılarının təyinatında, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində yüksək vəzifələrə kimlərin gətirilməsi, parlament seçkilərində kimlərə deputat mandatı verilməsi Ramiz Mehdiyevin xeyir-duası ilə baş tutub. 
Hazırda hakimiyyətin müxtəlif qanadlarında Ramiz Mehdiyevin kadrlarının olduğu hiç kimə sirr deyil.

Maraqlıdır, dövlət çevrilişi etməyə hazırlaşan Mehdiyev özünün yaratdığı gizli Dövlət Şurasına kimlərin adını daxil edibmiş? 
Modern.az-a açıqlamasında sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, böyük Ramiz Mehdiyev vəzifədən getsə də, kiçik Mehdiyevlər hazırda da müəyyən strukturlarda, təşkilatlarda, müəssisə və idarələrdə qalmağa davam edirlər:

“Bu barədə mən geniş danışmaq istəmirəm. Çünki vaxtında mən sözümü Milli Məclisdə demişəm. İndi onun qulbeçələri, vaxtilə ona  xidmət etmiş adamlar başlayıblar Mehdiyevi tənqid etməyə. Buqələmunluq edirlər. Çox iyrənc bir mənzərəyə şahidlik edirik. Ona görə, mən bu prosesə qoşulmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, böyük Ramiz Mehdiyev gedib, amma  kiçik Ramiz Mehdiyevlər müəyyən müəssisə və idarələrdə, təşkilatlarda  qalıblar. Hər halda onun uzantıları, yetirmələri çoxdur”.

Təhlükəsizlik eksperti İlham İsmayıl isə vurğulayıb ki, xüsusilə də İcra hakimiyyətləri ilə bağlı araşdırmalar aparılmalıdır:

“Nəzərə alsaq ki, 1995-ci ildən 2019-cu ilə qədər faktiki 24 il Prezident Administrasiyasının rəhbəri olub. Prezident Administrasiyasına isə tabe olan şöbələr çox saydadır. İcra hakimiyyətlərilə bağlı məsələlər həmişə Ramiz Mehdiyevin əlindən keçib. Uzantı dedikdə, onun səlahiyyət daxilində olmuş strukturlar araşdırımalıdır. Biz demirik ki, o bu dəqiqə müdafiə naziri qoya bilərdi. Amma yəqin ki, daxili işlər naziri qoyulmasında müəyyən təsirləri olub. Amma özünün birbaşa xətti icra strukturları ilə bağlı olub. Keçmiş icra başçıları, təbii ki, onlar arasında sağ qalanlar varsa, münasibətlərinin yaxşı olduğu adamlar araşdırılmalıdır. Yenə deyirəm, Prezident Administrasiyasında çoxlu şöbələr var. Ramiz Mehdiyevin əli hara çatıbsa, ora araşdırılmalıdır. Düzdür, Prezident Administrasiyasının rəhbəri kimi onun əli çox yerlərə çatıb. Öz sahəsi olmayan yerlərə də əl ata bilib. Amma bu bir faktdır ki, istər Heydər Əliyev, istərsə də hazırkı Prezident İlham Əliyev dövründə onun müəyyən məhdudiyyətləri olub. Onu da demək olmaz ki, yuxarıda adını çəkdiyimiz strukturlarda hamı onunla əlbir olub. Sadəcə olaraq bir versiya kimi müəyyən dərəcədə axtarmalıdırlar. Verilən informasiyaya görə, Ramiz Mehdiyev hətta müvəqqəti Dövlət Şurası yaratmaq fikrinə düşüb. Yəqin ki, orada konkret adlar olub. İstintaq müəyyən etməlidir ki, o şura kimlərdən ibarət olub? Təbii ki, həmin şura ona yaxın adamlardan ibarət ola bilər. Hər halda istintaqla yanaşı, əməliyyat işləri də görülməlidir. İstintaq, əməliyyat tədbirləri kompleks və koordinasiyalı şəkildə həyata keçirilməlidir ki, gizli olan məqamlar da üzə çıxsın. Oradakı maddələrdən biri əvvəldən məlum idi. Yəni o işlədiyi dövrdə qanunsuz sahibkarlıqla məşğul olub. "Bank BTB"nin böyük hissəsinə onun sahib olmasına heç kimin şübhəsi yoxdur. Rusiya ilə əlaqələri də məlum idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Oktyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri