Icma.az
close
up
RU
Ramiz Mehdiyevlə Köçəryanı nə bağlayır?

Ramiz Mehdiyevlə Köçəryanı nə bağlayır?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistanda son dövrlərdə baş verən proseslərə daxili siyasi mübarizə kontekstində baxmaq sadəlövhlük olardı. Burada daha geniş geosiyasi transformasiya, siyasi elitaların yenidən formatlanması və Rusiyanın Cənubi Qafqazdakı təsir mexanizmlərinin zəiflədilməsi cəhdləri müşahidə olunur.

Nikol Paşinyan hakimiyyətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri Ermənistanın xarici siyasət vektorunun dəyişdirilməsi, Qərblə siyasi və təhlükəsizlik əlaqələrinin genişləndirilməsi və Moskvanın ölkənin daxili siyasi proseslərinə təsir imkanlarının məhdudlaşdırılmasıdır.

Bu proses təbii olaraq Ermənistanın əvvəlki siyasi sistemində Rusiyaya daha yaxın mövqedə dayanmış aktorlarla ziddiyyət yaradır. Robert Köçəryan da məhz bu kontekstdə xüsusi siyasi fiqur kimi diqqət çəkir. Köçəryan Paşinyan hakimiyyətinin siyasi kursuna qarşı çıxan əsas müxalifət simalarından biridir. Onun ətrafında formalaşan siyasi şəbəkənin Rusiyaya yaxınlığı barədə nəinki Ermənistanda uzun illərdir danışılır, bunu bütün dünya açıq görür. Məsələ Köçəryanın özü ilə də məhdudlaşmır. Paşinyan hakimiyyəti son illərdə Ermənistanın siyasi, iqtisadi və ictimai institutlarında əvvəlki təsir qruplarının imkanlarını sıfırlamağa çalışır. Bu prosesə siyasi elita, biznes dairələri, diaspor strukturları və hətta Ermənistan Apostol Kilsəsi ilə münasibətlər də daxildir. Görünən odur ki, burada əsas məsələ konkret şəxslərin həbsindən daha böyükdür.

Başqa sözlə, Paşinyan hakimiyyəti hədəf olaraq yalnız ayrı-ayrı siyasi rəqibləri götürməyib, Rusiyanın Ermənistan daxilində formalaşdırdığı mümkün təsir kanallarını zəiflətməyə çalışır. O da var ki, Rusiyanın təsir mexanizmləri klassik diplomatik münasibətlərlə sərhədlənmir. Siyasi əlaqələr, biznes şəbəkələri, diaspor strukturları, təhlükəsizlik institutları, informasiya resursları və şəxsi münasibətlər bu təsirin müxtəlif komponentlərini təşkil edir. Bu baxımdan Ermənistanda baş verənlər bir növ elita transformasiyası kimi də qiymətləndirilə bilər.

Sual oluna bilər, Azərbaycanın siyasi tarixində uzun illər mühüm mövqedə olmuş Ramiz Mehdiyev məsələsi bu mənzərənin hansı nöqtəsində dayanır?

Öncə onu qeyd edək ki, Azərbaycan da uzun illər sovet imperiyasının tərkibində olub və bu mənada Rusiyanın uzun əli burada da öz işini görüb. Mehdiyevin Rusiya siyasi elitası ilə münasibətləri və keçmiş SSRİ siyasi sistemindən gələn əlaqələri danılmazdır.

Məhz buna görə Köçəryan-Mehdiyev paralelini birbaşa eyni siyasi-geosiyasi modelin iki müxtəlif ölkədəki mümkün təzahürü kimi görməmək siyasi korluq olardı. Rusiya ilə əlaqəli siyasi şəbəkələr yalnız bir ölkənin problemi olmayıb. Postsovet məkanında siyasi sistemlər dəyişdikcə əvvəlki dövrlərdən qalmış əlaqələr, şəxsi münasibətlər və institusional bağlılıqlar da  öz təsirini saxlayıb.

Unurmaq olmaz ki, bir ölkədə hakimiyyət dəyişməsi siyasi şəbəkələrin dəyişməsi anlamına gəlmir. Doğrudur, ideoloji bağlılıqlar dəyişə, iqtisadi maraqlar transformasiya oluna bilər. Lakin şəxsi əlaqələr, keçmiş siyasi münasibətlər və transsərhəd şəbəkələr uzun müddət fəaliyyət göstərmək potensialında olur.  Bu baxımdan Ermənistan və Azərbaycan arasında müəyyən siyasi paralellərin axtarılması təsadüfi sayılmamalıdır.  Köçəryan və Mehdiyev müxtəlif siyasi sistemlərin və müxtəlif tarixi mərhələlərin fiqurlarıdır.  Hər iki ölkənin siyasi tarixində Rusiyanın regional təsirinin mühüm faktor olduğu dövrlər mövcud olub. Buna görə də hər iki ölkədə əvvəlki siyasi elitaların və onların mümkün xarici əlaqələrinin təhlükəsizlik və siyasi sabitlik konsepsiyası baxımından ciddi problem olması qaçılmazdır.

Bu mənada məntiqlə milli hakimiyyətlərin yad siyasi təsir imkanlarını azaltmaq istəyi təbii ki, əvvəlki sistemdən qalan siyasi şəbəkələri aradan qaldırmasını zəruri edir.

Paşinyan Ermənistanında bu məsələni açıq şəkildə siyasi müstəviyə çıxarıb. Azərbaycan kontekstində isə Ramiz Mehdiyev ətrafında yaranan müzakirələr bu mövzunun başqa bir siyasi model üzərindən araşdırılmasına imkan verir.

Məsələy konseptual yanaşdıqda Köçəryan-Mehdiyev məsələsində ən maraqlı məqam onların şəxsən bir-birini tanıyıb-tanımamasına söykənmir. Əsas məsələ eyni geosiyasi təsir modelinin müxtəlif ölkələrdə necə işləyə bilməsidir. Bu işdə fərqli məkanlarda eyni təyinatı həyata keçirmək isə ən böyük bağlılqıdır. Bu kontekstdə bir məqama xüsusi diqqət ayırmaq lazımdır. Əgər eyni şəbəkənin üzvü Köçəryan Xocalı soyqırımını törədənlərin başında durudusa, o şəbəkənin başqa yerdəki üzvü görüntüdə bunun əleyhinə çıxa bilərdi. Təbii ki, şəbəkə daxilində buna gülümsəyəcəkdi.

Yekun olaraq, siyasi analiz müstəvisində, Köçəryan-Mehdiyev oxşarlığını postsovet siyasi elitaları üzərində yaratdığı uzunmüddətli təsir imkanlarında axtarmaq daha məntiqi görünür.

Elnur ƏMİROV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri