ran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi
Icma.az, Azpost portalına istinadən məlumat verir.
İran parlamenti ölkənin Məkkə Paktına – birgə müdafiə sazişinə qoşulmasını nəzərdə tutan qanun layihəsinə düzəlişləri təsdiqləyib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Düzəlişlər çərşənbə günü parlamentin həm əyani, həm də distant formatda keçirilən açıq iclasında qəbul edilib. Onlar parlamentdə qəbul olunan qanunları yoxlayan 12 üzvdən ibarət Konstitusiyanın Qorunması Şurasının iradlarının aradan qaldırılmasına yönəlib.
Dəyişikliklərin təsdiqlənməsi barədə qərar Konstitusiyanın Qorunması Şurasının iradlarını araşdıran parlamentin Hüquq və Məhkəmə Məsələləri Komissiyasının məruzəsi dinlənildikdən sonra qəbul olunub.
Məkkə Paktı kimi tanınan Birgə Müdafiə Sazişi 2026-cı il avqustun 7-də Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən imzalanıb.
Post navigationPrevious: Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 18 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















