Icma.az
close
up
RU
Rasim Balayevin gödəkcəsi, yaxud kinoya pul ayrılması üçün nə edək? Mirmehdi Ağaoğlu

Rasim Balayevin gödəkcəsi, yaxud kinoya pul ayrılması üçün nə edək? Mirmehdi Ağaoğlu

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Mirmehdi Ağaoğlunun "Rasim Balayevin gödəkcəsi, yaxud kinoya pul ayrılması üçün nə edək?" yazısını təqdim edir.

Dünən günorta saatlarında belə bir xəbər yayıldı ki, gələn ilin dövlət büdcəsində kino sahəsi üçün vəsait ayrılması nəzərdə tutulmayıb. Hətta Parlamentdə müzakirə zamanı Maliyyə Nazirliyinin məsul şəxsi ilə deputat Polad Bülbüloğlu arasında mübahisə də yaranıb. Polad müəllim bu qərarın kino sahəsinə mənfi təsir göstərəcəyindən şikayətlənib. Bundan dərhal sonra kino ictimaiyyəti öz mövqeyini necə deyərlər, ortaya qoydu, nazirlik də narazılığını bildirdi.
Həqiqətən, kədərli mənzərədir. Belə götürəndə dövlətdən kino istehsalına illərlə ayrılan vəsaitin xüsusi səmərəsinin olmadığını az görməmişik. Amma bu vəsait təmiz kəsiləndə də reanimasiyada yatan kinomuzun indiki şəraitdə başına nə gələcəyi aydındır, nəticəni deməyə lüzum yoxdur.

Yenə ayrılan bu vəsait hansısa dava-dərmanları almağa bəs edir... Bu da kəsilsə, hansı qurumun, hansı kommersiya təşkilatının, hansı ictimai təşkilatın marağındadır ölkədə kinonun inkişafına vəsait ayırsın? Heç kimin!
Nə isə... Axşam Yutubda gəzindiyim vaxt təsadüfən İTV-nin “Ötən günlər” verilişinin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayevə həsr etdiyi (nə vaxtsa baxdığım) buraxılışı qabağıma çıxdı.

Yeri gəlib, deyim ki, İTV-nin bu layihəsi Azərbaycan efirinin üzünə tutub hər yerə çıxara biləcəyi nadir işlərdəndir. Baxmayanlar üçün formatı deyim: Verilişdə hansısa sənət adamı barədə dostları xoş xatirələrini bölüşürlər, müxtəlif musiqi parçaları səslənir.
Xülasə Rasim Balayev haqqında da Ramiz Rövşən, Ramiz Həsənoğlu, Alim Qasımov, Baba Vəziroğlu öz şən-şux xatirələrini bölüşdülərsə də ən maraqlı söhbəti elə Rasim özü danışdı. Dedi:
“Ağdaşda Nəsiminin heykəlinin açılışı idi. Anar Rzayevin maşınında getdik. Ora çıxanda gördüm hamı pencəkdədir, bircə mən kurtkadayam. Dedim yaxşı deyil də, Prezident orda durub kostyumda, mən də kurtkada. Kurtkanı çıxardım, kimə verim, gördüm hamı ministrdir (bu yerdə gülüşmə düşür). İndi mən bunu kimə verim, deyim bunu saxla, mən gedirəm ora... Təzədən geyindim (gülüşmə). Getdim cənab Prezident İlham Əliyevin yanına, dedim ki, cənab Prezident, mən bir az xəstəyəm, dedi, eybi yoxdur. Prezident məndən soruşdu ki, Rasim, sən jivoy Nəsimisən, bu heykəl necədir? Heykəli düzəldənlər də Fərhad Xəlilovun da heykəltəraşlarıdır, Prezidentin razılığını gözləyirlər ki, bunlar qonorarı alsınlar (gülüşmə), pul alsınlar, desə ki, pisdir... batdı da bunlar. Dedim ki, cənab Prezident çox yaxşıdır, amma... Amma deyəndə belə baxdım, gördüm bunlar ağardı (gülüşmə). Nə amma, amma yeridir?! Dedim ki, vallah, bilirsiz, film-zad da çəkilmir, elə yaxşı pul versələr mənə, səhər gəlib duraram burda, axşama kimi (gülüşmə)... O da çox bərkdən güldü. Adamlar elə bildilər ki, mən anekdot zad danışmışam".

Rasim Balayev, cıqqana pauza verib sonra əlavə elədi:
“Yəni o sözlə çatdırdım ki, kino çəkilmir”.
Deyirəm, bəlkə Rasim Balayev yenə o gödəkcəsini geyinsin...
Yoxsa, işimiz Allaha qalacaq.

"Məqsədim ittiham etmək deyil, sadəcə..." - Arif Quliyevin oğlu Teymur Əmrah haqda danışdı Dovşanları qovalamağa getsən, yıxılacağını bilirsən... - Günün mahnısı “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” nəşr olunub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri