Icma.az
close
up
RU
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Baku Steel Company”yə satılan metal tullantılarından qazanılan milyonlarla vəsaitin ƏDV məbləğini dələduzluq yolu ilə ələ keçirən iş adamlarının cinayətlərinin üstü açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu cinayətin təməli şirkətin keçmiş sahibi Rasim Məmmədovun həbsindən 5 ay sonra qoyulub.

R.Məmmədovdan sonra şirkəti idarə edənlər fiziki şəxslərdən metal qırıntıları alınmasının dayandırılması ilə bağlı yeni qərar qəbul ediblər. Alış-verişin yalnız hüquqi şəxslərlə aparılmasına icazə verilib.

Bu qərar isə 20 ildir şirkətdə işləyən-cinayət baş verən dövrdə şirkətin metal qəbulu şöbəsinin rəis müavini olan İmani Bayramov, həmçinin oraya metal satan digər iş adamlarına sərf etməyib.

Bundan sonra onlar müxtəlif müəssisələrdə mühasib işləyən Xəqani Seyfullayevi işə qoşublar. Seyfullayev qohumunun adına rəsmiləşdirilən, amma özünün rəhbərlik etdiyi “Scarab Construction” və digər şirkətlər vasitəsilə fiziki şəxslərdən metallar alıb, həmin metalların “Baku Steel Company”yə satışını həyata keçirib.

Amma şirkət üzərindən aparılan alqı-satqı qanun pozuntuları ilə aparılıb. 

Sonradan Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluq, vergiləri ödəməkdən yayınma, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması kimi cinayətlərin üstü açılıb.

Müəyyən olunub ki, mühasib Xəqani Seyfullayevin tapdığı şirkətlər vasitəsilə aparılan metal satışı nəticəsində 3 milyon manata yaxın pul cinayət yolu ilə ələ keçirilib.

Prokurorluq tərəfindən Xəqani Seyfullayevlə yanaşı, onun mühasibatlığını apardığı 14 MMC vasitəsilə “Baku Steel Company”yə metal satan Bayramov İmani Mahmud oğlu, Mahmudov Mirzaur Mirhəmid oğlu, Məmmədov Teymuraz Ərəbxan oğlu, Məmmədov Samir Polad oğlu və Hüseynov Rəsul Hidayət oğlu cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, onlar birgə qanunsuz əməlləri ilə 2 milyon 273 min manat ƏDV məbləğini büdcəyə köçürmədən dələduzluq yolu ilə talayıb, həmçinin 518 min manat vergi borcunu ödəməkdən yayınıblar.  

6 təqsirləndirilən şəxsin vurduğu ziyan üzrə ümumilikdə hər birinin üzərinə düşən pay 481 min 892 manat təşkil edib. Ağır cinayətə görə təqsirləndirilən şəxslərin hər biri bir neçə ay həbsdə olub, sonradan ev dustaqlığına buraxılıblar.

İstintaq dövründə İmani Bayramov, Rəsul Hüseynov, Mirzaur Məmmədov və Teymuraz Məmmədov üzərlərinə düşən 481 min manatdan artıq ziyanı və məsuliyyətdən azad olunmaları üçün hərəsi 200 min manata yaxın olmaqla nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə ödəyiblər. 

Bu əsasla onlar barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. 

Ziyanın bir hissəsini ödədiyi üçün həbsdən azad edilən Samir Məmmədov ev dustaqlığında olduğu müddətdə vəfat edib. Bu səbəbdən onun da cinayət işinə bəraətberici əsaslar olmadan xitam verilib.

Hazırda nəzarət şərti ilə azadlıqda olan Xəqani Seyfullayev isə dəymiş ziyanı ödəmir. İstintaqın sonunda ona qarşı xüsusilə külli miqdarda dələduzluq, vergidən yayınma və başqa ağır maddələrlə yekun ittiham elan edilib.

Qeyd edək ki, hazırda “Baku Steel company”nin baş direktoru Kamal İbrahimovdur. 

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri