Rauf Əliyev Vikinq in təhlükəli tərəfini açıqladı: Bu bizə çətinlik yarada bilər
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rauf Əliyev “Vikinq”in təhlükəli tərəfini açıqladı: “Bu amil də təmsilçimiz üçün çətinlik yarada bilər”
“Rəqib çətindir”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Rauf Əliyev deyib.
Veteran futbolçu “Sabah”ın UEFA Çempionlar Liqasının IV turunda səfərdə Norveçin “Vikinq” klubu ilə qarşılaşması barədə fikirlərini bölüşüb:
“Norveç klubları son illərdə avrokuboklarda yaxşı təsir bağışlayırlar. “Vikinq” də mübariz və əzmkar komandadır. Yaxşı, döyüşkən heyətə malik kollektiv formalaşdırıblar. “Sabah”ı çətin oyun gözləyir. Bununla belə, inanıram ki, komandamız bu görüşdən xalla və ya xallarla ayrılacaq.
Çempionlar Liqasında asan oyun olmur. “Sabah” uzun səfərə yollanıb. Yorğunluq amilini, eləcə də beş gün əvvəl “Turan Tovuz”la səfər matçında iştirak etmələrini nəzərə almaq lazımdır. Skandinaviya ölkələrinin klubları standart vəziyyətlərdən yararlanaraq rəqib qapısına yol tapmağa üstünlük verirlər. Bu amil də təmsilçimiz üçün çətinlik yarada bilər.
Amma bu futboldur. Əsas odur ki, komanda meydanda sona qədər mübarizə aparsın. “Bayquşlar” mövsümün əvvəlindən nümayiş etdirdikləri uğurlu oyunu davam etdirə bilərlər. İnanıram ki, əzmkar mübarizə onlara xal və ya xallar qazandıracaq”.
“Araz-Naxçıvan” Premyer Liqada “40”a çatdı “Qarabağ”ın qələbə həsrəti üç oyuna çatdı - 11 illik antirekord təkrarlandı “Neftçi”dən əsrin rekordu “Qarabağ” ev oyunlarını “Azersun Arena”da keçirəcək Filipo Kandido: “Bununla barışmalıyıq”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Noyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















