Icma.az
close
up
RU
Razi Nurullayev: Medianı dayanıqlı və iqtisadi baxımdan güclü etmək lazımdır

Razi Nurullayev: Medianı dayanıqlı və iqtisadi baxımdan güclü etmək lazımdır

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Təqdim olunan qanun layihəsini ümumilikdə müsbət qiymətləndirir və dəstəkləyirəm. İnanıram ki, yeni yaradılan Media və Yayım Şurasının səlahiyyətlərinin dövrün tələblərinə uyğunlaşdırılması media sahəsində idarəetmənin daha sistemli qurulmasına xidmət edəcək. Xüsusilə qeyd etmək istəyirəm ki, dövlət son illərdə media sektoruna ciddi dəstək göstərib. Media subyektlərinin bir sıra vergilərdən azad edilməsi çox düzgün qərardır.

Bunun məqsədi media qurumlarının iqtisadi cəhətdən ayaq üstə durmasına, yalnız maliyyə çətinlikləri ilə mübarizə aparmasına deyil, keyfiyyətli jurnalistikaya daha çox diqqət ayırmasına imkan yaratmaqdır. Bu addımı yüksək qiymətləndirirəm".

"Cebheinfo.az" xəbər verir ki, bunu parlamentin iclasında "Media haqqında" Qanuna dəyişikliklər barədə danışan deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Bununla bərabər, deputat düşünür ki, artıq növbəti mərhələyə keçməyin vaxtıdır:

"Bu gün inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, müasir media yalnız reklam gəlirləri ilə yaşamır. Hərçənd ki, bu sahədə də ciddi gəlirlər yoxdur, reklamlar bərabər və ədalətli şəkildə bölünmür. Dünyanın aparıcı media qurumları podkastlar, sənədli filmlər, rəqəmsal platformalar üçün xüsusi məzmun, analitik hesabatlar, ödənişli abunə sistemləri, təlim proqramları, tədbirlər, multimedia məhsulları və müxtəlif rəqəmsal xidmətlər istehsal etməklə gəlirlərini şaxələndirirlər.

Məhz bu model onların iqtisadi müstəqilliyini gücləndirir. Məsələn, "The New York Times" rəqəmsal abunə və audio məhsullarından, "BBC Studios" proqram və format satışından, "Financial Times" isə analitik xidmətlər və korporativ abunələrdən əhəmiyyətli gəlir əldə edir.

Bir çox Avropa ölkələrində media qurumlarına innovativ biznes modellərinin qurulması üçün xüsusi təlim və mentorluq proqramları təşkil olunur. Qanunun həyata keçirilməsi mərhələsində Media və Yayım Şurasının əsas istiqamətlərindən biri də məhz bu olmalıdır.

Ölkənin bütün media subyektləri üçün beynəlxalq ekspertlərin iştirakı ilə sistemli təlimlər keçirilməli, media menecerlərinə yeni biznes modelləri, rəqəmsal məhsulların hazırlanması, süni intellektin tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanları öyrədilməlidir.

Məqsəd yalnız mediaya dəstək vermək deyil, medianı dayanıqlı və iqtisadi baxımdan güclü etmək olmalıdır. Güclü iqtisadi əsaslara malik media həm daha peşəkar olur, həm də cəmiyyətə daha keyfiyyətli xidmət göstərir".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyun 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri