Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Razılaşmanın əldə edilməsində Azərbaycanın böyük rolu oldu ŞƏRH EDİLDİ

Razılaşmanın əldə edilməsində Azərbaycanın böyük rolu oldu ŞƏRH EDİLDİ

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"COP29-un nəticələrini iki kontekstdə qiymətləndirmək olar. Bunlardan birincisi Azərbaycanın bununla nə qazandığıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.O bildirib ki, bu cür beynəlxalq səviyyəli böyük tədbirlərin keçirildiyi ölkələrin əsas qazancı beynəlxalq-siyasi müstəvidə nüfuzunun artması, güclənməsidir: "Azərbaycanın siyasi müstəvidə əsas qazanclarından biri budur. Azərbaycan göstərdi ki, təhlükəsiz şəraitdə, yüksək səviyyədə qlobal əhəmiyyətli tədbirlər keçirə bilər.

Bu, həmçinin Bakının gələcəkdə müxtəlif qlobal məsələlərin müzakirə, dialoq məkanı kimi rolunu daha da gücləndirir. Çünki indiyə qədər Bakı bir çox beynəlxalq dialoqa ev sahibliyi edib. COP29 bunun ən böyüyüdür. Azərbaycan bunun da öhdəsindən gələ bildi.Digər tərəfdən Azərbaycanın qazandığına iqtisadi müstəvidə də yanaşmaq olar. İlk baxışdan əsas qazanclarından biri turizm sektorudur. Çünki on minlərlə insan Bakıya gəlir, bu, Azərbaycanın, Bakının tanınması baxımından önəmli idi. Həm də onların müəyyən qisminin Azərbaycana gələcəkdə turist kimi qayıtmaq gözləntisi var. O cümlədən onların geri qayıdarkən öz ölkələrində Azərbaycan haqqında yaratdıqları təəssürat turizmə önəmli dəstək verəcək.Fikrimcə, Azərbaycanın əsas qazanclarından biri də yaşıl enerji sektoruna xarici investorların cəlb edilməsidir. Bunu gələcəkdə daha çox görə bilərik. Ümumiyyətlə, indiki dünyada yaşıl enerji məsələsi beynəlxalq investorların əsas diqqət mərkəzindədir. Əslində qlobal iqlim problemlərinin müzakirəsi fonunda beynəlxalq təşkilatlar, böyük ölkələr yaşıl enerjiyə investisiya yatırımını təşviq edir. Əslində COP29 tədbirində əsas diqqət mərkəzində olan məsələlərdən biri də məhz yaşıl enerjiyə investisiyanın yatırılması idi. Azərbaycan bu COP29-u öz yaşıl enerji potensialına təqdim edə bilir, deyə düşünürəm. Bilirik ki, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji potensialı daha böyükdür. Bu isə gələcəkdə Azərbaycanın yaşıl enerji sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından qapı açır. Nəzərə almaq lazımdır ki, xarici investorların adətən birinci yanaşdığı məsələ təhlükəsizlik məsələsidir. Çünki onlar investisiya yatırırlar, bölgədə kapitallarının təhlükə altına düşməsində maraqlı olmurlar. Azərbaycan COP29 tədbirini keçirməklə təhlükəsizlik baxımından ən yüksək səviyyədə olan ölkə olduğunu da göstərdi. Bu da xarici investorların cəlbində mühüm rol oynayır"."Bununla yanaşı ikinci məqam odur ki, Azərbaycan COP29 tədbiri ilə qlobal iqlim problemlərinin həllinə hansı töhfəni verdi. Hesab edirəm ki, Bakıda əldə edilən nəticə COP prosesində, o cümlədən qlobal iqlim problemləri ilə müzakirədə ən önəmli və indiyə qədər əldə edilmiş ən böyük nəticədir. Çünki burada əsas məsələ iqlim maliyyəsi məsələsidir. İqlim maliyyəsi məsələsi 2009-cu ildə Kopenhagendə keçirilən COP15-də gündəmə gəlib. O vaxt 100 milyard dolların ayrılması məsələsi razılaşdırıldı. 2015-ci ildə Fransada COP21 keçirildi. Paris razılaşmasında bu maliyyənin ayrılması müddəti 2025-ci ilə qədər uzadıldı. Lakin məbləğ artırılmadı. Əsas müzakirə mövzusu ancaq iqlim maliyyəsində bu məbləğin artırılması idi. İndiyə qədər COP tədbirlərində qlobal iqlim müzakirələrində ən önəmli məsələ budur. Müxtəlif layihələr, təkliflər verilir. Amma nəticə etibarilə hər iş maliyyənin üzərinə gəlib çıxır. Əsas müzakirə mövzusu bu maliyyənin məbləğinin artırılması idi. Bakıda çıxan 300 milyard dollarlıq razılaşmanın əldə edilməsi ümumi COP prosesində və iqlim problemləri ilə müzakirədə ən önəmli razılaşmadır. Bu razılaşmanın əldə edilməsində Azərbaycanın böyük rolu oldu. Hesab edirəm ki, Azərbaycanın COP29 tədbirinə həm də bu kontekstdə yanaşmalıyıq. Azərbaycanın qlobal iqlim problemlərinin həllinə verdiyi töhfə olaraq da yanaşmaq lazımdır.COP-un yüksək səviyyədə keçirilməsi bütün kompaniyalara, təxribat xarakterli informasiyalara, qarayaxma kompaniyaları, informasiya hücumlarına baxmayaraq Azərbaycan COP29-u yüksək səviyyədə keçirdi. Əldə edilən nəticə bütövlükdə qlobal iqlim problemlərinin həllinə mühüm töhfə olacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri