“Real” Çempionlar Liqası oyunu öncəsi yayılan xəbəri təkzib edib
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Madrid “Real”ı “Santyaqo Bernabeu” stadionuna İspaniyanın, muxtar vilayətlərin və ölkənin şəhərlərinin bayraqlarının gətirilməsinin qadağan edildiyi barədə yayılan məlumatları təkzib edib.
İdman.Biz xəbər verir ki, klubun rəsmi saytında yayımlanan açıqlamada bu iddiaların həqiqətə uyğun olmadığı bildirilib.
“Bu, yalandır. Klubun qaydaları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur və təbii ki, belə məhdudiyyətlər nəzərdə tutmur. Biz həmişə stadiona ölkəmizin rəsmi bayraqlarının gətirilməsinə icazə vermişik”, - deyə açıqlamada qeyd olunub.
Beləliklə, “Real” yayılan məlumatları təkzib edərək, stadionda qüvvədə olan giriş qaydalarında belə bir qadağanın olmadığını vurğulayıb.
Qeyd edək ki, “Real” sentyabrın 8-də Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda evdə “İnter”lə qarşılaşacaq. “Santyaqo Bernabeu”da keçiriləcək görüş Bakı vaxtı ilə sentyabrın 9-na keçən gecə saat 00:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 08 Sentyabr 2026 02:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















