Arda Turana Çempionlar Liqası öncəsi şok
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın “Şaxtyor” futbol komandası UEFA Çempionlar Liqasının beşinci turunda “Fənərbağça” ilə keçirəcəyi qarşılaşma ərəfəsində gözlənilməz problemlə üzləşib. Donetsk təmsilçisinin səkkiz futbolçusu Polşa sərhədində saxlanıldığı üçün komanda ilə birlikdə Londona yollana bilməyib.
İdman.Biz xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi komanda noyabrın 25-də keçiriləcək matça hazırlıq məqsədilə Ukraynanın Lvov şəhərindən Polşaya yola düşüb.
Lakin sərhəddə gözlənilməz vəziyyət yaranıb. Polşa polisi sistemlərində texniki nasazlıq olduğunu əsas gətirərək baş məşqçi, məşqçilər korpusu və səkkiz futbolçunun olduğu üç avtomobilin ölkəyə girişinə icazə verməyib.
Üç saat davam edən gözləmədən sonra Arda Turan və məşqçilər korpusu sərhədi keçə biliblər. Futbolçuların isə Polşaya daxil olmasına icazə verilməyib.
Nəticədə səkkiz oyunçu komandanın Londona uçan təyyarəsinə çata bilməyib və gecəni sərhəddə keçirmək məcburiyyətində qalıb.
Hadisə türkiyəli mütəxəssisin hazırlıq planlarına da təsir göstərib. Arda Turan yaranmış vəziyyətə görə məşq proqramını və komandanın toplanış planını dəyişib.
Məlumata əsasən, sərhəddə qalan futbolçuların komandanın digər üzvlərindən ayrı şəkildə Londona çatması gözlənilir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən “Şaxtyor” beynəlxalq oyunlar üçün mürəkkəb səfər marşrutundan istifadə edir. Komanda əvvəlcə Lvovdan Polşaya avtomobillə gedir, daha sonra təyyarə ilə Londona uçur.
Polşa sərhədindəki gözləmələr nəzərə alınmaqla avtomobil səfəri təxminən yeddi saat, ümumi yolçuluq isə 12 saat çəkir.
“Şaxtyor” 2026/2027 mövsümündə Çempionlar Liqasındakı ev oyunlarını Londondakı “Stemford Bric” stadionunda keçirir.
Xatırladaq ki, “Şaxtyor” - “Fənərbağça” qarşılaşması noyabrın 25-də baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Noyabr 2026 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















