Icma.az
close
up
RU
“Real” da Superliqadan çıxdı

“Real” da Superliqadan çıxdı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Real” Avropa Superliqası layihəsindən çıxdığını elan edib.

Klubun bununla bağlı yaydığı rəsmi bəyanatda UEFA və Avropa Klublar Assosiasiyası (EFC) ilə “Avropa futbolunun mənafeyi naminə” prinsipial razılıq əldə olunduğu bildirilir:

“UEFA, EFC və “Real” Avropa klub futbolunun xeyrinə razılığa gəliblər. Avropa futbolunun maraqları naminə bir neçə ay davam edən müzakirələrdən sonra UEFA, Avropa Klublar Assosiasiyası (EFC) və “Real” Avropa klub futbolunun rifahını təşviq edən, klubların uzunmüddətli dayanıqlığına vurğu edərək idman ləyaqəti prinsipini dəstəkləyən və texnologiyadan istifadə etməklə azarkeş təcrübəsini yaxşılaşdıran prinsiplər barədə razılığa gəldiklərini elan edirlər. Bu razılaşma, prinsip etibarilə, bu prinsiplər tətbiq olunandan sonra Avropa Superliqası ilə bağlı hüquqi mübahisələrin həllinə də xidmət edəcək”.


La Liqanın prezidenti Xavyer Tebas sosial mediada “Real”ın qərarına qəribə şəkildə münasibət bildirib:

“90 gündən az bir müddət əvvəl Florentino Peres UEFA ilə razılığa gəlməyin praktik kapitulyasiya olacağını iddia etmişdi. İndi adi mərhələ başlayır: geriçəkilməni media vasitəsilə strateji qələbə kimi göstərmək üçün bir hekayə qurmaq. Problem dəyişiklikdə deyil. Problem dəyişikliyin baş verdiyini inkar etməkdədi. Əsl lider olanda 90 gün əvvəl deyilənləri yenidən yazmağa ehtiyac yoxdu”.


Xatırladaq ki, fevralın 7-də “Barselona” yeni turnirin layihəsindən çəkiləndən sonra “Real” yeganə rəsmi iştirakçı kimi meydanda tək qalmışdı.
Avropada yeni futbol turnirinin yaradılacağı 2021-ci ildə elan olunmuşdu. Onda FİFA, UEFA və milli assosiasiyalar Çempionlar Liqasına alternativ turnirlə bağlı ideyanı çox sərt şəkildə qınadılar, iştirakçıları sanksiya ilə hədələdilər. Bir neçə gün sonra İngiltərənin bütün klubları, ardından “İnter” və “Atletiko” layihədən çıxdığını elan etdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Fevral 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see269

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see245

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see237

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see234

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see209

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see202

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see199

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see190

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see189

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see188

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see182

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see178

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see174

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see168

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see167

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see163

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see157

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see156

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri