Icma.az
close
up
RU
Real ın müdafiəçisi PSJ nin hədəfində

Real ın müdafiəçisi PSJ nin hədəfində

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

PSJ “Real”ın mərkəz müdafiəçisi Antonio Rüdigerlə müqavilə imzalamaq niyyətindədir.

Sportal.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Paris klubunun rəhbərliyi 32 yaşlı futbolçuya sərfəli müqavilə təklif etməyi və onun yayda Fransaya azad agent statusunda keçməsini istəyir. Çempionlar Liqasının hazırkı qalibi gənc heyətdən ibarət soyunub-geyinmə otağında təcrübəli liderə ehtiyac olduğunu düşünür. Parislilər almaniyalı müdafiəçinin bu rolu yerinə yetirə biləcəyinə inanır.

Almaniya millisinin üzvünün “kral klubu” ilə müqaviləsi 30 iyun 2026-cı il tarixinədək qüvvədədir.

Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm “Real”ın heyətində 7 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 Dekabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri