Real ın qapıçısı İtaliya klubunu almaq istəyir
Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
"Real"ın qapıçısı Tibo Kurtuanın sahibi olduğu "NXTPLAY Capital" şirkəti İtaliyanın üçüncü divizion klubu "Redjana"nın səhmlərinin 100 faizini almaq üçün təklif irəli sürüb.
Mənbənin sözlərinə görə, bu təklif aylarla davam edən gərgin işin nəticəsidir. Belçikalı qapıçını və onun biznes tərəfdaşı Qonsalo Villanı təmsil edən əməkdaşlar klubla bağlı ətraflı təhlil aparıb, Recço-Emilia şəhərinə və klubun qərargahına bir neçə dəfə səfər edib, həmçinin yerli sahibkarlar və sponsorlarla görüşlər keçirib.
"Redjana" 1993-1995-ci illər arasında A Seriyasında iki mövsüm keçirib, ötən mövsüm isə üçüncü diviziona düşüb.
Qeyd edək ki, Kurtua artıq Fransanın "Le Mans" klubunda əsas pay sahibidir, həmçinin İspaniyanın "Extremadura" və Belçikanın "Genk" klublarının həmmülkiyyətçisidir. Maraqlıdır ki, Kurtua öz futbol karyerasına məhz "Genk"də başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Noyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















