Real komandanın liderlərindən biri ilə müqaviləni uzadacaq
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
"Real" Fransa millisinin yarımmüdafiəçisi Orelen Tçuameni ilə yeni müqaviləni razılaşdırıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Fransalı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2028-ci ildə başa çatır.
İddia edilir ki, yeni müqaviləyə əsasən, Tçuameni ildə 13 milyon avro qazanacaq. Bu, 26 yaşlı futbolçunu Madrid klubunun ən çox maaş alan oyunçularından birinə çevirəcək.
Tçuameni 2022-ci ildən bəri "Real"da oynayır. Bu müddət ərzində o, İspaniya liqasını, İspaniya Kubokunu, İspaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klublararası Dünya Kubokunu və Qitələrarası Kuboku qazanıb.
Yarımmüdafiəçi Fransa millisində 49 oyun keçirib və üç qol vurub. O, 2026-cı il Dünya çempionatında üç oyunda iştirak edib. Fransa iyulun 10-da Bostonda Mərakeşlə dörddəbir finalda qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 09 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















