Icma.az
close
up
RU
“Real” Madridin oyunçuları Xabi Alonsoya QARŞI ÇIXDI

“Real” Madridin oyunçuları Xabi Alonsoya QARŞI ÇIXDI

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Real Madrid” klubunda bəzi futbolçular baş məşqçinin taktiki düzülüşlərindən narazıdırlar və açıq şəkildə Xabi Alonsoya etiraz edirlər.
Bizim.Media “Cadena SER” nəşrinə istinadən xəbər verir ki, bu futbolçuların bir qismi mövqelərindən və məşqçinin verdiyi qərarlardan məmnun deyil və bu vəziyyət klub daxilində gərginliyin artmasına səbəb olub.
Mənbəyə əsasən, Vinisius Junior Xabi Alonso rəhbərlikdə olduğu müddətdə yeni müqavilə imzalamağa yanaşmır.
Federiko Valverde sağ cinah müdafiəçisi kimi oynadılmasından narazıdır və özünü yalnız mərkəz yarımmüdafiəsində görür. Cud Bellinqem yeni sxemdə öz potensialına uyğun istifadə olunmadığını düşünür. Rodriqo və Braim Dias hücumdakı rotasiya və rol bölgüsündən məmnun deyillər. Endrik isə komanda daxilindəki başlanğıc planlarda özünü əsas fiqur kimi hiss etmir.
Ferlan Mendi isə mövqeyinin dəyişdirilməsi ilə bağlı narazılıq yaşadığı bildirilir.
Bununla yanaşı, komandada baş məşqçiyə tam dəstək verən bir qrup futbolçu da var.
Onların sırasında Dani Sebalyos Heysen, Karlos Alvares Kareras, Tibo Kurtua, Arda Güler və Kilian Mbappe xüsusi qeyd olunur. Bu oyunçuların Alonsonun qərarlarını və tətbiq etdiyi oyunu dəstəklədiyi vurğulanır.
La Liqanın son turunda “Real Madrid”in “Elçe” ilə görüşdə 2:2 hesablı heç-heçə etməsi də komanda daxilindəki vəziyyətin sabit olmadığı barədə ehtimalları gücləndirib.
“Real Madrid” rəhbərliyinin artan narazılıqlara necə reaksiya verəcəyi, Xabi Alonsonun komanda üzərindəki nəzarəti qoruyub-qorumayacağı və mövsümün davamında hansı dəyişikliklərin ediləcəyi yaxın günlərdə daha aydın olacaq.
Bəzi media orqanları Xabi Alonsonun komandadakı gələcəyini yaxın oyunların təyin edəcəyini yazır. Hətta onu Zidanın əvəz edəcəyi də ehtimallar arasındadır.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri