Real Mbappenin Mao Tszedun barədə dediyi sözlərə görə çinlilərdən üzr istədi
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Real" komandanın hücumçusu Kilian Mbappenin Mao Tszedunla bağlı söylədiyi fikirlərə görə Çin xalqından üzr istəyib. Sport24.az xəbər verir ki, Madrid klubu bununla bağlı rəsmi saytında bəyanat yayıb.
Klubumuzun oyunçusu Kilian Mbappenin bu yaxınlarda səsləndirdiyi fikirlərin yaratdığı narahatlıq və ya hiddətə görə Çin xalqından üzr istəyirik:
"Klubumuz Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də "Real"a dərin bağlılıq və heyranlıq duyan milyonlarla çinli azarkeşə böyük hörmətlə yanaşır.
Klub, Kilian Mbappenin artıq ictimaiyyət qarşısında etdiyi üzrxahlığa qoşulur. Futbolçu özü də dediyi sözlərə görə peşman olduğunu bildirib və Çin xalqına olan hörmətini bir daha vurğulayıb.
"Real" mədəniyyətlər arasında hörmət, birgə yaşayış və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyini bir daha təsdiqləyir, həmçinin klubla Çin və onun xalqı arasındakı dostluq və xoşməramlılıq əlaqələrini daha da möhkəmləndirmək arzusunu ifadə edir".
Bir müddət əvvəl, özünün də iştirak etdiyi və gülməli hesab etdiyi bir "mem" (internet zarafatı) barədə sual verildikdə, Mbappe belə demişdi: "Bu, mənim üzümün Çin diktatorunun üzərinə yerləşdirildiyi şəkildir. Bu, məni həqiqətən güldürür. Dostlarımla tez-tez istifadə edirəm".
Onun "diktator" adlandırdığı şəxs Mao Tszedun idi. Nəticədə, Çin dövlət radio və televiziyası La Liqa oyunlarının yayımını dayandırıb.
Mbappe və La Liqa prezidenti Xavyer Tebas artıq hadisəyə görə üzr istəyiblər. Lakin Çin Mərkəzi Televiziyası (CCTV) klubun özündən də üzr istəməsini tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















