Icma.az
close
up
RU
“Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi

“Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Real Sosyedad” kubokun finalında “Atletiko”nu penalti seriyası hesabına məğlub etdi. 1986/87 mövsümündə San-Sebastyan klubu finalda “hindular”ı bu yolla sıradan çıxarmışdı. 39 il sonra tarix Sevilyada təkrarlandı.

"Football-plus.az" xəbər verir ki, basklar elə ilk hücumda favoriti məyus etdi. Barreneçea kubokun tarixinə finalda vurulan ən erkən qolun müəllifi kimi düşdü. Düzdü, Lukman tezliklə bu qolun əvəzini çıxdı. Ancaq komandalar fasiləyə yollanmağa çalışarkən “Real Sosyedad”ın xeyrinə penalti təyin olundu – Musso topa çıxarkən Q edeşə qarşı kobud oynadı. Oyarsabal belə gözəl şansı qaçırmadı.
2-ci hissə Simeonenin komandasının ardı-arası kəsilməyən hücumları şəraitində keçdi. Nəhayət, 83-cü dəqiqədə Alvares Lyorente ilə Almadanın qurduğu hücumu qolla tamamldı. Madridlilər hissənin sonuna qədər 3-cü qolu da vura bilərdi. Ancaq Baena, Sörlot və Kardoso imkanı qaçırdı. Əlavə vaxtda Oskarsson baskları irəli çıxara bilərdi, Alvaresin zərbəsindən sonra isə top tiri titrətdi. Penalti seriyasının qəhrəmanı Marrero oldu. "Real Sosyedad"ın qapıçısı həm Sörlotun, həm də Alvaresin zərbəsini qaytardı. Bask təmsilçisi kuboku qazanmaqla növbəti mövsüm Avropa Liqasının əsas mərhələsində yerini təmin etdi.
final
Atletiko – Real Sosyedad 2:2 (1:2, 1:0, 0:0), p. – 3:4

Atletiko: Musso, Molina (Kardoso, 78), Pubil, Le Norman, Ruceri (Sörlot, 62), Simeone (Baena, 70), Lyorente (Lanqle, 99), Koke, Lukman (Qonsales, 62), Qrizmann (Almada, 70), Alvares.
Real Sosyedad: Marrero, Aramburu (Elustondo, 113), Martin, Çaleta-Sar, Qomes (Kubo, 88), Turryentes (Qorroçateqi, 68), Soler, Barreneçea (Marin, 68), Suçiç, Qedeş (Munyos, 78), Oyarsabal (Oskarsson, 78).
Qollar: Barreneçea, 1 (0:1). Lukman, 19 (1:1). Oyarsabal, 45+1-p. (1:2). Alvares, 83 (2:2).
Penalti seriyası: Sörlot – 0:0 (qapıçı). Soler – 0:1. Alvares – 0:1 (qapıçı). Oskarsson – 0:1 (qapıçı). Qonsales – 1:1. Suçiç – 1:2. Almada – 2:2. Munyos – 2:3. Baena – 3:3. Marin – 3:4.
Vərəqələr: Oyarsabal, 31. Le Norman, 33. Musso, 44. Qorroçateqi, 120. Elustondo, 120+1 – sarı.
Hakim: Alberola Roxas (Kastiliya-La-Mança).
18 aprel. Sevilya. “La-Kartuxa” stadionu. 70000 tamaşaçı.
Faktlar
* “Real Sosyedad”ın forvardı Barreneçea 14-cü saniyədə “Atletiko”nun qapısına yol tapmaqla ölkə kubokunun tarixinə ən erkən qolun müəllifi kimi düşdü. Əvvəlki rekord 1952-ci ildə (Manuel Badenes, 17-ci saniyə) qeydə alınmışdı.
* “Atletiko” sonuncu titulu 2021-ci ildə qazanıb, çempion olub. Düzdü, madridlilərin bu mövsüm Çempionlar Liqasının qalibi olmaq şansı var. Onlar yarımfinalda “Arsenal”la qarşılaşacaq.
* “Real Sosyedad” tarixində 4-cü dəfə ölkə kubokunu qazandı. San-Sebastyan klubu indiyə qədər bu mükafatı üç dəfə - 1909, 1987 və 2020-ci illərdə muzeyinə aparmışdı. “Real Sosyedad” həmçinin iki dəfə (1981, 1982) çempion olub, 1982-ci ildə İspaniya Superkubokunu da qazanıb.
* Oyarsabal “Real Sosyedad”ın tarixinə ölkə kubokunun iki fərqli finalında bu komandanın heyətində fərqlənən ilk futbolçu kimi düşdü. 28 yaşlı ispaniyalı 2020-ci ildə “Atletik”i də məyus etmişdi. Maraqlıdı ki, həmin qolu da penaltidən vurmuşdu.
* “Real Sosyedad” finalda penalti seriyasında iki dəfə qalib gələn ikinci komanda oldu (1987, 2026 – hər ikisində rəqib “Atletiko” olub). Əvvəllər belə nəticəyə yalnız “Betis” nail olub – 1977, 2022-ci illərdə.
Oyundan sonra
Pelleqrino Mataratso, “Real Sosyedad”ın baş məşqçisi:

“Bu uğur ağır zəhmətin və fədakarlığın nəticəsidi. Qeyri-adi səyahət idi və hiss edirəm ki, bu hələ yalnız başlanğıcdı. Oyunun axarını nəzarətdə saxlamaq, risk etməmək, əks-hücumlar qurmaq vacib idi. Komandam xarakter göstərdi. La Liqada 5-ci yer uğrunda mübarizəni də davam etdiririk. Sona 7 tur qalıb, daha artığını istəyirik”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“İlk növbədə rəqibi təbrik edirəm. İlk qola yaxşı reaksiya versək də, sonra lazımi şəkildə davam etmədik. Fasilədə futbolçularla danışdım, tempi dəyişdik. Üçüncü qolu da vura bilərdik. Əlavə vaxtda hər komandanın bir imkanı oldu. Təəssüf ki, rəqib penalti seriyasına qalib gəldi. İndi hansısa mesajlar göndərmək çətindi, çünki azarkeşə mesajlar yox, qələbə lazımdı. Hər gün çalışmaqdan başqa yolumuz yoxdu. “Arsenal” barədə düşünmürəm. Bu məğlubiyyət mənə böyük ağrı verdi, qələbə qazanmalıydıq, ancaq bacarmadıq. Yalnız oyun üslubumuz mənə müəyyən rahatlıq bəxş edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri