“Real virtual: Rəqəmsal dövrdə sənədli irs” mövzusunda konfrans keçirilib
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Şamxal Əlizadə beynəlxalq elmi-praktiki konfransda onlayn formatda iştirak edib.
"Bakupost" xəbər verir ki, Rusiya Federasiyasının Federal Arxiv Agentliyinin və Arxiv İşi və Sənədşünaslıq üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) birgə təşkilatçılığı ilə 10-14 noyabr 2026-cı il tarixlərində, Moskva şəhərində “Real virtual: Rəqəmsal dövrdə sənədli irs” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda arxivlərin, kitabxanaların və muzeylərin nümayəndələri, universitet professorları və informasiya texnologiyaları mütəxəssisləri iştirak edib.
Konfransın mövzusuna uyğun olaraq, sənədlərin və muzey eksponatlarının qorunması və bərpası, ixtisaslaşmış kadrların hazırlanması və müasir texnologiyaların və avadanlıqların tətbiqi, o cümlədən arxiv sənədlərinin ehtiyat nüsxələrinin yaradılması, mədəni irsin rəqəmsallaşdırılması məsələləri müzakirə edilib.
Sözügedən konfransda Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Şamxal Əlizadə onlayn formatda iştirak edərək “Arxivlərdə mühafizə olunan sənədlərin konservasiyası və restavrasiyası” mövzusunda çıxış edib. Çıxışda kino və fotosənədlərin fiziki vəziyyətinə nəzarət, mühafizə şəraitinin təmin edilməsi, sənədlərin qorunması, konservasiya və restavrasiya istiqamətində həyata keçirilən tədbirlər, eləcə də müasir texnologiyaların tətbiqi barədə məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















