“Real”da daha bir itki: Dani Sebalyos yeddi həftəlik sıradan çıxdı
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Real"ın yarımmüdafiəçisi Dani Sebalyosun zədəsi ilə bağlı rəsmi məlumat yayılıb. İspaniyalı futbolçu La Liqanın son turunda "Osasuna"ya 1:2 hesabı ilə uduzduqları matçda sıradan çıxıb.
İdman.Biz xəbər verir ki, tibbi müayinələrdən sonra Sebalyosun sağ ayağının daban əzələsində cırılma aşkar edilib. "COPE" radiosunun müxbiri Migel Anxel Diazın verdiyi məlumata görə, 29 yaşlı futbolçunun yaşıl meydanlara qayıtması üçün ən azı yeddi həftə vaxt lazım olacaq.
Dani Sebalyos üçün "Osasuna" ilə oyun həm də psixoloji cəhətdən ağır keçib. Belə ki, matçın 90-cı dəqiqəsində məhz onun top itkisindən sonra rəqib qələbə qolunu vurub. Futbolçu sosial şəbəkə hesabında bu səhvinə görə azarkeşlərdən üzr istəyib və məsuliyyəti üzərinə götürüb.
Zədə səbəbindən Sebalyos Çempionlar Liqasında "Benfika", eləcə də ölkə çempionatında "Xetafe" və "Atletiko Madrid" ilə keçiriləcək vacib oyunları qaçıracaq.
Baxış sayı:163
Bu xəbər 22 Fevral 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















