“Real“ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real"ın (Madrid) hücumçusu Vinisius Junior 4 oyunluq diskvalifikasiya edilib.
Moderator.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) intizam komitəsinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu bu səbəbdən İspaniya La Liqasında "Barselona"ya qarşı görüşü buraxacaq.
Vinisius oktyabrın 10-da "Vilyarreal"a qarşı keçirilən və Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçın 72-ci dəqiqəsində qırmızı vərəqə alıb. O, rəqib futbolçunun saçından dartdığı üçün meydandan qovulub.
Diskvalifikasiya səbəbindən 25 yaşlı hücumçu "Sevilya", "Barselona", "Valensiya" və "Rasinq"lə oyunlarda iştirak edə bilməyəcək.
Vinisiusun La Liqada meydana noyabrın 22-də qayıdacağı gözlənilir.
Baxış sayı:69
Bu xəbər 14 Oktyabr 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















