“Real”ın müdafiəçisinə Fransa klubundan təklif
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Real”ın mərkəz müdafiəçisi Raul Asensionun Madrid təmsilçisindəki gələcəyi sual altındadır.
Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Liqa 1 təmsilçisi “Marsel” gənc müdafiəçini öz heyətinə cəlb etmək istəyir. Fransa klubu futbolçunu sonradan 15 milyon avroya məcburi satınalma şərti ilə icarəyə götürmək niyyətindədir. Məcburi satınalma bəndi Asensionun meydanda keçirəcəyi dəqiqələr və oyun sayından asılı olaraq aktivləşəcək. Şərt reallaşacağı təqdirdə “Kral klubu” futbolçunun növbəti satış hüququnun 25 faizini özündə saxlayacaq, lakin tərəflər arasında hələlik rəsmi və konkret razılıq əldə olunmayıb.
Qeyd edək ki, “Benfika” da bir müddət 23 yaşlı oyunçu ilə maraqlansa da, sonradan bu transferdən imtina edib. Portuqaliya təmsilçisi “Real”ın müqaviləyə geri alma bəndi əlavə etmək tələbi ilə razılaşmadığı üçün danışıqları dayandırıb.
Madrid klubunun heyətində İbrahima Konate, Din Huysen, Eder Militao və Antonio Rüdiger kimi müdafiəçilərin olması səbəbindən baş məşqçi Xose Mourinyonun Asensionu komandada saxlamaq istəmədiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 İyul 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















