Reanimasiyada olan aktyora təcili qan lazımdır
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Hazırda Yeni Klinikanın Reanimasiya şöbəsində müalicə edilən Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevə qan donoru lazımdır.
Kult.az xəbər verir ki, bu barədə aktyorun qızı Leyla Rəhimli məlumat verib.
"Atamın qan dəyərləri aşağı olduğu üçün dializ edə bilmirlər. Çox xahiş edirəm, kimin sağlığı əl verirsə, Yeni Klinikaya gəlsin və birinci mərtəbədə donor qan alma otağına yaxınlaşsın. Bütün qan qrupları uyğundur", - deyə o bidlirib.
Qeyd edək ki, aktyor bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub. Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 Mart 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















