Icma.az
close
up
RU
Rəcəb Fərəczadə: “Araz Naxçıvan” üçün ən uyğun rəqib “Uypeşt”dir

Rəcəb Fərəczadə: “Araz Naxçıvan” üçün ən uyğun rəqib “Uypeşt”dir

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan” üçün qrupda ən uyğun rəqib Macarıstanın “Uypeşt” komandasıdır”.

Bu barədə Azərbaycan millisinin sabiq üzvü Rəcəb Fərəczadə deyib.

Mütəxəssis komandanın hazırlıq səviyyəsini dəyərləndirib.

“Komanda bir aya yaxındır yığılıb. Heyətin 90 faizini milli üzvləri təşkil edir. Düzdür, yoxlama oyunları az olub. Ardıcıl keçiriləcək görüşlərdə futzalçıların fiziki durumu həlledici rol oynayacaq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

O, Naxçıvan təmsilçisinin heyətində xeyli dəyişikliklər olduğunu bildirib:

“Ötən ildən bəri heyətdə çoxlu dəyişikliklər olub. Baş məşqçi ayrılıb, 6-7 legioner komandanı tərk edib. İndi heyəti əsasən yerli oyunçular təşkil edir və yeni komanda formalaşıb. Bu turnir onlar üçün böyük təcrübə olacaq. İndiki durumda “Araz-Naxçıvan”dan böyük nəticə gözləmək absurddur. Əsas odur ki, layiqincə çıxış etsinlər”.

Mütəxəssis Naxçıvan klubunun zəngin tarixə malik olduğunu vurğulayıb:

“Araz-Naxçıvan” 20 qat Azərbaycan çempionudur və hər il Çempionlar Liqasında çıxış edir. Mənim oynadığım vaxtlarda iki dəfə yarışın bürünc medalçısı olmuşuq. İtaliya klubunu məğlub edərək üçüncü yeri tutmuşduq. Futzalçı layiqincə çıxış edib hansı komandada oynadığını dərk etməli və maksimum nəticə qazanmağa çalışmalıdır”.

R.Fərəczadə komandanın taktikasına da toxunub:

“Məşqçilər korpusunun müdafiədən oynayıb uğuru əks-hücumlarda axtaracağını düşünürəm. Çünki belə güclü rəqiblərlə açıq futbol oynamaq doğru olmaz. Güclərini qorumaq üçün bəzən 5-in 4-ə hücum taktikasına da müraciət edə bilərlər”.

O, “Uypeşt”in ən uyğun rəqib olduğunu söyləyib:

“Qrupda zəif komanda yoxdur. Rəqiblərdən ikisi ilkin mərhələni keçib, Polşa təmsilçisi “Piast” isə komandamız kimi birbaşa bu raundda iştirak edir. Digər iki komanda ilə müqayisədə “dişimizə uyğun” rəqib Macarıstan çempionudur. İlk oyunda mütləq yaxşı nəticə qazanmaq lazımdır ki, növbəti matçlar öncəsi şans itməsin. Bosniya və Herseqovinanın “Buba Mara” klubunda fərdi keyfiyyətləri ilə seçilən yerli və braziliyalı futzalçılar var. Qrupun ən çətin komandası isə meydan sahibi “Piast” olacaq. Beynəlmiləl heyətə malik Polşa komandasında 7-8 ölkədən legionerlər çıxış edir”.

Qeyd edək ki, “Araz-Naxçıvan” - “Uypeşt” qarşılaşması Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Naxçıvan təmsilçisi yer aldığı V qrupda oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara”, 30-da isə Polşanın “Piast” komandası ilə qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Oktyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri