Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ankara, 15 avqust, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Səudiyyə Ərəbistanı və Pakistan ilə imzaladığı üçtərəfli müdafiə müqaviləsində Misirin iştirakını istisna etməyib.
AZƏRTAC xəbər verir ki, "Əl-Cəzirə" telekanalına müsahibə verən Türkiyə lideri, “Məkkə Müdafiə Sazişi”nin digər ölkələr üçün açıq olduğunu qeyd edib.
Türkiyənin dövlət başçısı Ankaranın, Ər-Riyadın və İslamabadın əldə etdiyi razılaşmanı "dünyaya vacib mesaj" adlandırıb.
O qeyd edib ki, sözügedən sənədi imzalayan ölkələr xarici təcavüz halında birlikdə hərəkət etməyə öhdəlik götürüblər.
Türkiyə-ABŞ əlaqələrinə münasibət bildirən Prezident Ərdoğan bildirib ki, "Ağ Ev rəhbərindən beşinci nəsil F-35 təyyarələri ilə bağlı zəmanət alıb". "Prezident Donald Trampın vədini yerinə yetirəcəyini gözləyirik", - deyə Türkiyə lideri qeyd edib.
Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı dialoqa gəldikdə, Türkiyə lideri deyib: "Avropa Türkiyəni Aİ-yə qəbul etmək istəyi göstərmir. Aİ-yə qoşulmaq bizim üçün prioritet məsələ deyil. Əgər Ankara Aİ üzvlüyünü qazanmasa, uduzan Avropa olacaq".
Qonşu Suriyadakı vəziyyətlə bağlı sualı cavablandıran Türkiyə Prezidenti Ankara ilə Dəməşq arasındakı münasibətlərin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti tezliklə Suriyaya səfər edəcəyini açıqlayıb. "Dəməşq problem və çətinliklərlə mübarizədə təkbaşına qalmayacaq. Suriyada sabitliyi qorumaq üçün əlimizdən gələni edəcəyik", - deyə Prezident Ərdoğan əmin edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:233
Bu xəbər 15 Avqust 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















