Rəcəb Tayyib Ərdoğan Qəbələyə səfər edəcək
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəcəb Tayyib Ərdoğan Qəbələyə səfər edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanettin Duran öz "X" hesabında etdiyi paylaşımda məlumat verib.
"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə toplantısında iştirak etmək üçün 2025-ci il oktyabrın 7-də Azərbaycana səfər edəcək.
"Regional sülh və təhlükəsizlik" mövzusunda keçiriləcək sammit çərçivəsində Türk Dövlətləri Təşkilatının institusional strukturunun möhkəmləndirilməsi və təşkilat daxilində əməkdaşlığın gücləndirilməsi istiqamətində səylər nəzərdən keçiriləcək. Qəbələ Bəyannaməsi daxil olmaqla, müxtəlif sənədlərin və qərarların qəbul edilməsi gözlənilir.
Prezidentimizin sammit çərçivəsində Dövlət Başçıları Şurasının iclasına qatılması, iştirakçı dövlət və hökumət başçıları ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub", - deyə paylaşımda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















