Tramp üçün çətin sınaq: ABŞ Konqresinə seçkilərdə son vəziyyət
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-də noyabrın 3-də keçirilən Konqresə aralıq seçkilərindən sonra bülletenlərin hesablanması prosesi gərgin şəraitdə davam edir. Aparıcı media qurumlarının yaydığı son rəsmi proqnozlara istinadən, ölkədə qüvvələr balansı əhəmiyyətli dərəgədə dəyişir.
"AzPolitika"nın məlumatına görə, ilkin rəqəmlər Prezident Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının ciddi mövqe itirdiyini göstərir.
Nümayəndələr Palatası və Senatda son rəqəmlər
Aşağı palata (Nümayəndələr Palatası) uğrunda mübarizədə səsvermənin rəsmi hesablamalarına görə indiyədək Demokratlar 173, Respublikaçılar isə 106 yer qazanıb. Lakin aparıcı televiziya şəbəkələrinin Seçki Masasının rəsmi proqnozlarına əsasən, Demokratlar Partiyası aşağı palatada çoxluq üçün lazım olan 218 səs baryerini rahatlıqla aşaraq, ən azı 225-235 mandata sahib olacaq.
Respublikaçıların isə maksimum 160-184 yer qazanacağı gözlənilir. Demokratlar indiyədək Nyu-Cersi, Kentukki, Şimali Karolina və Pensilvaniyada respublikaçıların əlində olan kritik dairələri geri almağı başardıblar.
Senatda (Yuxarı Palata) isə Demokratlar çoxluğu təmin etmək üçün mütləq sayılan 51 yerlik nəzarəti rəsmən ələ keçiriblər. Texas (Ceyms Talariko rəqibi Ken Pakstonu məğlub edib), Kanzas (Adam Hemilton) və Ayova (Coş Turek) kimi respublikaçıların qalası sayılan ştatlarda senator kürsülərini demokratlar qazanıb. Ohayoda Şerrod Braun yerini qoruyub, Şimali və Cənubi Karolinada da demokratlar üstünlük əldə ediblər.
Qubernatorluq seçkilərində tarixi ilklər
Konqreslə yanaşı keçirilən yerli seçkilərdə də respublikaçılar ağır zərbə alıb. Corciya ştatında demokrat Keişa Lens Bottoms qalib gələrək ABŞ tarixində ilk qaradərili qadın qubernator olub. Viskonsində ilk dəfə qaradərili qubernator (Devid Krouli), Ohayoda Emi Akton (2006-cı ildən bəri ilk demokrat qubernator), Nyu-Meksikoda isə Deb Haaland qalib gəlib. Texasda isə qubernator Qreq Ebbott demokrat rəqibinə uduzduğunu etiraf edib.
Rekord seçki fəallığı və seçicilərin narahatlığı
Bu seçkilər həm də qeyri-adi fəallıqla yadda qalıb. Rəsmi məlumatlara görə, səsvermə gününə qədər 57 milyondan çox amerikalı vaxtından əvvəl və poçt vasitəsilə səs verib ki, bu da 2022-ci ilin rekordunu geridə qoyub.
Sosioloji sorğular göstərir ki, amerikalıların seçiminə ən çox təsir edən amillər ölkədəki iqtisadi çətinliklər (inflyasiya, yaşayış xərcləri) və Trampın xarici ticarət tarifləri olub. Emi eyni zamanda, son dövrlər İranla yaşanan hərbi-siyasi gərginliyin doğurduğu narahatlıqlar da respublikaçıların əleyhinə işləyib.
Ağ evdə gərgin gözləntivə trampın reaksiyası
CNN-in Ağ Evdəki mənbələrə istinadən yaydığı məlumata görə, Prezident Donald Tramp nəticələri yaxın ətrafı ilə birlikdə izləyir. Mənbələr qeyd edir ki, Tramp özəl söhbətlərində partiyasının çox ağır bir ssenari ilə üz-üzə qaldığını rəsmən etiraf edib. Məğlubiyyətdən sonra sosial şəbəkədə açıqlama verən Tramp, respublikaçıların uğursuzluğuna bəraət qazandıraraq, "Əgər mənim adım bülletendə olsaydı, böyük fərqlə qalib gələrdik" bəyanatını verib.
Ekspertlərin fikrincə, Demokratların Konqresdə tam üstünlük qazanması Trampın prezidentliyinin qalan iki ilində onun daxili qanunvericilik təşəbbüslərini, büdcə xərclərini, xüsusilə də İran və İsraillə bağlı xarici siyasət kursunu ciddi şəkildə bloklamağa imkan verəcək.
Poçtla göndərilən və xaricdən gələn səslərin son qalıqlarının sayılması ştatların qanunvericiliyinə uyğun olaraq bir neçə gün çəkə bilər, lakin ümumi mənzərə artıq Demokratların tam qələbəsini rəsmiləşdirib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Noyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















